Səfər Əbiyev amerikalı qonağı qəbul edib

Hazırda oxunan: Səfər Əbiyev amerikalı qonağı qəbul edib

32985

 Avqustun 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklahoma ştatı milli qvardiyasının komandanı general-mayor Mayls Dirinqi qəbul edib.

Görüş zamanı müdafiə naziri son illər əməkdaşlığın müxtəlif istiqamətləri üzrə hər iki ölkənin əldə etdiyi müsbət nəticələrdən və bu kontekstdə Oklahoma ştatındakı milli qvardiya ilə Azərbaycan Silahlı Qüvvələri arasında qarşılıqlı əlaqələrdən məmnunluğunu ifadə edərək mövcud geniş imkanların bu əlaqələri daha da inkişaf etdirməyə əlverişli şərait yaratdığını bildirib. Səfər Əbiyev uğurları vurğulamaqla yanaşı sıx əməkdaşlıq məsələlərinin qurulmasında 907-ci düzəlişin göstərdiyi bəzi maneələri də qonağın diqqətinə çardırıb. Nazirin sözlərinə görə, ABŞ qanunvericiliyinin doğurduğu müəyyən sədlərə baxmayaraq tərəfdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi hər iki ölkənin strateji maraqları çərçivəsindədir.

Müdafiə nazirinin fikirləri ilə razılaşdığını səsləndirən milli qvardiyanın komandanı general Dirinq Azərbaycanı Amerika Birləşmiş Ştatlarının yaxın dostu kimi dəyərləndirərək onun dünyada strateji ölkəyə çevrildiyini də qeyd etdi. Qonaq  Silahlı Qüvvələrimizin Əfqanıstandakı sülhyaratma missiyasına verdiyi böyük töhfələrə görə Səfər Əbiyevə öz dərin təşəkkürünü bildirdi.


Mətbuat Xidmətinin rəisi 

Polkovnik Eldar Sabiroğlu


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin