\"Ümid edirəm ki, erməni siyasətçilər məğlubiyyət şokundan xilas olacaqlar\" - Metyu Brayza 

Hazırda oxunan: \"Ümid edirəm ki, erməni siyasətçilər məğlubiyyət şokundan xilas olacaqlar\" - Metyu Brayza 

32937

Zəngəzur dəhlizi investisiyaların cəlbi, yeni iş yerlərinin açılması və sənaye müəssisələrinin bərpası üçün fürsətə çevrilə bilər. 

Bizim.Media xəbər verir ki, bunu Trend-ə açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib. 

Onun sözlərinə görə, bu dəhliz həm Ermənistan, həm Azərbaycan, həm də Türkiyə üçün iqtisadi əlaqələrin bərpasında böyük imkanlar yaradacaq: 

"Zəngəzur dəhlizi Ermənistanın region iqtisadiyyatına inteqrasiyasına kömək edəcək. Ümid edirəm ki, qısa zamanda erməni siyasətçilər müharibədəki məğlubiyyət şokundan xilas olacaqlar və ölkədəki qərbyönümlü çoxluq "Böyük Ermənistan" mifindən əl çəkməyin və birlikdə ölkələrini yenidən qurmağın vaxtı gəldiyini başa düşəcəklər". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin