Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə mətbuata verdiyi açıqlamada partiya olaraq builki prezident seçkilərində iştirak etməyəcəklərini bildirib. Y. Bağırzadə eyni zamanda bəyan edib ki, seçkilərdə hakim partiyanın namizədinin qalib olacağı şübhəsizdir.Moderator.az mövzu ilə əlaqədar AMİP lideri Etibar Məmmədovla əlaqə saxlayıb və ondan Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin namizədliyini hansı səbəbdən dəstəkləmədiklərinə dair açıqlama almağa çalışıb. Amma heç gözləmədiyimiz halda AMİP lideri Moderator.az əməkdaşının sualına kobudluqla reaksiya verib: “Jurnalistlərə nə qədər demək olar ki, bu mövzu ilə bağlı mənə zəng etməyin , sual verməyin. Mən bu mövzu ətrafında heç bir açıqlama verməmişəm və vermək fikrim də yoxdur”
Xəyal Əzizov




























































































