Prezidentin verdiyi son mesajlar Tofiq Zülfüqarovun baxış bucağından... – ÖZƏL ŞƏRH

Hazırda oxunan: Prezidentin verdiyi son mesajlar Tofiq Zülfüqarovun baxış bucağından... – ÖZƏL ŞƏRH

32887

“Əsas narahatçılıq doğuran məsələ Ermənistanla bağlıdır. Yəni, orada hansı siyasi kurs qəbul olunacaqdır. Şəxsən mən bunu hiss elədim. Təbii ki, orada hansı siyasəti seçsələr, birbaşa bizə də təsiri olacaq. Prezident sülhün cəlbedici faktorlarını təbliğ edirdi ki, normal qonşuluq münasibətləri, hətta gələcək əməkdaşlıq hər bir ölkəyə faydalıdır. Prezidentin sözlərindən belə hiss olundu ki, Ermənistanın elitası hələki neqativ bəyanatlarla vəziyyəti gərginləşdirmək istəyir”.

Bizim.Media ilə özəl dialoqa bu fikirlərlə başlayan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov diqqət yetirdiyi başqa nüansdan da danışdı.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: Azərbaycan Qurtuluş savaşından başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi


Politoloqun fikrini cəlb edən digər məsələ sülhməramlılarla bağlıdır:

“Burada hiss olunan məsələ ondan ibarət idi ki, 10 noyabrdan bu yana bizim müvafiq qurumların sülhməramlılarla formalaşan iş üslubu hələ də öz nəticəsini verməyib. Çünki dünya təcrübəsini götürsək, sülhməramlılarda mandat olur və orada yazılır ki, onlar nə etməlidirlər. Bizdə isə vəziyyət fərqlidir. Bəzən deyilirdi ki, missiyanın səlahiyyətlərini dəqiqləşdirmək prosesi daha məsləhətlidir. Qabaqcadan hansısa problemləri görmək və onlara qanuni forma vermək düzgün olmazdı.
 

Ümumiyyətlə, cənab Prezidentin sülhməramlılarla bağlı mövqeyində həm müsbət hissələr, həm də tənqid var ki, hansısa məsələlərdə müəyyən addımları, davranışı gözləyirik. Hətta tələb edirik. Çünki bu, Azərbaycanın suveren ərazisidir. Və onların orada əsas məqsədi təhlükəsizlikdir”.


Tofiq Zülfüqarov sülhməramlı nəzarətində olan bölgələrin Azərbaycana inteqrasiya məsələsinə də toxundu:

“Prezident bu termindən istifadə edir. İnteqrasiya da Azərbaycanın suveren hüquqlarıdır. Yəni, orada hansı proseslərin getdiyini bilməliyik. Sülhməramlılar toqquşmalar, müxtəlif təxribatların olmaması üçün xidmət edirlər. Amma digər məsələlər Azərbaycan tərəfindən idarə olunnmalıdır. Bu məsələ hələ də gündəmdə qalır. Ələlxüsus ona görə ki, son dövrdə Ermənistanın Qarabağa canlı qüvvə göndərməsi ilə bağlı məlumatlar daxil olur. Canlı qüvvə də demək olmaz. 2-3 dənə “KAMAZ”la 100-150 nəfər əsgər gətirdilər ki, onlar postlarda rotasiya olunsunlar. Bu da göstərir ki, içəridə insanların (Qarabağda ermənilərin) sayı azalır və postları saxlamağa imkanları da yoxdur. Digər tərəfdən də sual ortaya çıxır:

Yaxşı, sülhməramlılar orada təhlükəsizliyi təmin edirlər də, düzdür?
 

Bəs bu tərəfdə erməni postları nəyə lazımdır? Axı Azərbaycan tərəfi hansısa həmlələr də reallaşdırmayıb. Bu baxımdan, sözügedən məsələ həllini tapacaq”.


Politoloqun fikrincə, Prezidentin çıxışı həm də bir mesaj idi ki, Bakı İrəvanın istənilən siyasətinə hazırdır:

“Sülh istəsələr, sülh mövqeyindən yanaşacağıq. Müharibəni seçsələr, “Dəmir Yumruq” həmişə onların başının üstündə olacaq”.

Anar Rəhimiov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin