Əfqanıstanda hazırda mülki Azərbaycan vətəndaşları yoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat idarəsinin rəisi Leyla Abdullayeva yayıb.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidentinin 28 iyul 2021-ci il tarixli Sərəncamı ilə İlham Məmmədov Azərbaycanın Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.
"Təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib. Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki Azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir", - deyə Azərbaycan XİN sözçüsü əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:04 / 16.08.2021
Əfqanıstanda mülki Azərbaycan vətəndaşları ilə bağlı XİN-dən açıqlama
Hazırda oxunan: Əfqanıstanda mülki Azərbaycan vətəndaşları ilə bağlı XİN-dən açıqlama
Hazırda oxunan: Əfqanıstanda mülki Azərbaycan vətəndaşları ilə bağlı XİN-dən açıqlama
0:00
0:00
32867
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.