“Biz ədalətsizliyə öyrəşmişik” – Prezident Xocalı soyqrımına münasibətdən danışdı

Hazırda oxunan: “Biz ədalətsizliyə öyrəşmişik” – Prezident Xocalı soyqrımına münasibətdən danışdı

32736

“Sözdə “erməni soyqırımı”nı tanıyan, o saxta “soyqırımı” tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Onlar saxta tarixi qəbul edirlər. Aydın məsələdir ki, burada da əsas amil siyasi amildir. Amma real soyqırımı görməzliyə vururlar. Bu, ədalətsizlikdir. Biz çoxdandır ki, bu ədalətsizliklə yaşayırıq, buna öyrəşmişik, təəccüb də etmirik”.
 

MÖVZU İLƏ BAĞLI:

Mehriban xanım rica etdi ki, “Nə oldu” Paşinyan” deməyim” – İlham Əliyev


Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziyasına müsahibəsində belə deyib.

Dövlət başçısı əlavə edib ki, Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verib:

“Bu, yaxın tarixin hadisəsidir. Ancaq bunu bir çox ölkələr görmək istəmirlər və cəmi 13 ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Əlbəttə, bu da böyük nailiyyətdir. Çünki mən hakimiyyətə gələndə bu ölkələrin sayı sıfıra bərabər idi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin