Etibar Mirzəyev Muğla valisi ilə görüşdü - VİDEO - YENİLƏNİB

Hazırda oxunan: Etibar Mirzəyev Muğla valisi ilə görüşdü - VİDEO - YENİLƏNİB

32697

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş meşə yanğınlarının söndürülməsi üçün qardaş ölkəyə göndərilən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri dövlət başçısının tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirərək üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəliblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) açıqlamasında deyilir. 

Bildirilir ki, 14 avqust 2021-ci il tarixində FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə Muğla valisi Orxan Tavlı arasında görüş olub.

Türkiyə Respublikasının daxili işlər nazirinin müavini Mehmet Ersoy və gənclər və idman nazirinin müavini İhsan Selim Baydaşın da iştirak etdiyi görüşdə Muğla valisi yanğınlarla mübarizədə göstərilən köməkliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib və Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin Türkiyədəki fəaliyyətini yüksək qiymətləndirib. 

Nazir müavini Etibar Mirzəyev Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, FHN-in yanğın-xilasetmə qüvvələrinin Türkiyədə baş vermis yanğınların söndürülməsində yorulmadan çalışdıqlarını qeyd edərək, bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin bariz nümunəsi adlandırıb. Görüşdə yanğın-xilasetmə qüvvələrimizin Azərbaycana qayıtması barədə məsələlər də müzakirə olunub. 

Sonra Azərbaycan heyətinin geri dönməsi münasibəti ilə şəxsi heyətlə birgə səhər yeməyi təşkil olunub. 

Daha sonra Türkiyədəki Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin üzvlərinə “Muğlaspor” futbol klubunun formaları hədiyyə olunub, birgə xatirə şəkli çəkdirilib. 

*** 

Muğlanın valisi Azərbaycan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevlə görüşüb. 

Bizim.Media xəbər verir ki, Muğlanın valisi Orxan Tavlı ilə nazir müavini arasında görüş keçirilib.

Daha sonra vali Azərbaycan heyətinin geri dönməsi münasibəti ilə şəxsi heyətlə səhər yeməyi yeyib. 

O, qardaş Azərbaycanın Türkiyədə baş verən yanğınlarda göstərdikləri fədakarlığı yüksək qiymətləndirdiyi və buna görə minnətdar olduqlarını deyib. 

Muğla valisindən başqa görüşdə daxili işlər nazirinin müavini Mehmet Ersoy və gənclər və idman nazirinin müavini İlsan Selim Baydaş da iştirak edib. 

Muğla valisindən başqa görüşdə daxili işlər nazirinin müavini Mehmet Ersoy və gənclər və idman nazirinin müavini İlsan Selim Baydaş da iştirak edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin