Mehmet Oktay: “Göstərilən böyük dəstəyə görə Azərbaycana minnətdarıq”

Hazırda oxunan: Mehmet Oktay: “Göstərilən böyük dəstəyə görə Azərbaycana minnətdarıq”

32603

İyulun 29-da gecə saatlarında başlayan yanğınlar təkcə meşələrimizə deyil, yaşayış məntəqələrinə də böyük zərər vurub.

Əminəm ki, bütün bu çətinliklər Bizim.Media xəbər verir ki, bunu Muğla vilayətinin Marmaris rayon bələdiyyəsinin sədri Mehmet Oktay ifadə edib.

Yeni növ koronavirus (COVID-19) infeksiyasının Marmarisin iqtisadiyyatına, eləcə də turizmə böyük zərər vurduğunu, meşə yanğınlarının çətinlikləri daha da ciddiləşdirdiyini söyləyən bələdiyyə sədri Mehmet Oktay alovlarla mübarizədə kömək edənlərə təşəkkür edib, bölgədə fəaliyyət göstərən Azərbaycan yanğınsöndürənlərinin fədakarlığını yüksək dəyərləndirərək Azərbaycan dövlətinə və xalqına minnətdarlıqlarını ifadə edib.

Xatırladaq ki, Azərbaycan yanğınsöndürənləri alovların tuğyan etdiyi Marmaris bölgəsində də böyük şücaət göstəriblər.

Qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsi üçün hazırda Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir.

Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub.

Bu qüvvələr Muğla vilayətinin Köyceğiz rayonunun Pınar və Çayhisar kəndlərində yanğınların yayılmasının qarşısını alıblar. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin