ABŞ niyə Əfqanıstandan üz döndərib?

Hazırda oxunan: ABŞ niyə Əfqanıstandan üz döndərib?

32522

ABŞ və müttəfiq orduların çıxmasının ardından Taliban quruplaşması Əfqanıstanda nəzarəti öz əlinə almaq üçün mübarizəyə başlayıb və nəticədə, ölkənin böyük bir hissəsi quruplaşmanın nəzarətinə keçib. Paytaxt Kabil və bir neçə strateji bölgə mərkəzi isə Əfqan hökümətinə sadiq qüvvələr tərəfindən müdafiə olunur. ABŞ Talibana qarşı hər hansı hücum əməliyyatında iştirak etməyəcəyini və bunun Əfqan ordusunun işi olduğunu qeyd edir.

Talibanın irəlləyişi fonunda ABŞ-ın səsiz mövqeyi regionda yeni siyasi müstəvinin formalaşdığından xəbər verir.
 

MÖVZU İLƏ BAĞLI:

Moskvanın QIZIL hədəfləri – Zəngəzur Rusiyanın da qurtuluş YOLUDUR


ABŞ Əfqanıstanda hərbi birləşmə saxlamağı və Talibana qarşı mübarizə aparmağı mənasız hesab edir. Çünki 20 il davam edən hərbi əməliyyatlar ABŞ-a 2 trilyon dollara başa gəlib. Xüsusilə Çinlə iqtisadi yarışa girən ABŞ üçün Əfqanıstanda qalmaq və Talibanla mübarizə aparmaq böyük xərclər deməkdir. ABŞ isə Əfqanıstan üçün yeni xərclərə elə də istəkli deyil.
 

ABŞ hərbi qüvvələrini Əfqanıstandan çıxarmadan əvvəl Talibanla rəsmi şəkildə müzakirələr aparıb.


Yalnız müəyyən mövzularda qarşılıqlı razılıq əldə olunandan sonra ABŞ bölgədən çəkilmə prosesinə başlayıb. ABŞ öz hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması müqabilində Talibandan ABŞ-ın Əfqanıstandakı maraqlarının təmin etməsini tələb edir.
 

Talbanın rahat hərəkəti onun göstərir ki, tərəflər arasında bu istiqamətə razılıq çoxdan əldə olunub.


ABŞ Əfqanıstan bataqlığına yenidən batmaq istəmir. Başa düşür ki, daha 10 il də Əfqanıstan missiyasını davam etdirsə, Talibanı sıradan çıxarmaq mümkün olmayacaq.

Çünki Rusiya, Çin və Pakistan Talibanın əsas dəstəkçiləridir və qruplaşmanın təməl xəttlərini müəyyən edirlər. Rusiya və Çin ABŞ-ı Əfqanıstanda yeni bahalı müharibənin içərisinə çəkməyi düşünür. ABŞ üçünsə indiki anda belə bir lüzumsuz əməliyyatlara və artıq xərcə ehtiyac yoxdur. 

Talibanın qalib gəlməsi ABŞ üçün məğlubiyyət demək deyil. Rusiya və Çin kimi ABŞ-da Əfqanıstanda mərkəzi hökümətin qurulmasını və sabitliyin təmin olunmasını istəyir. Keçən 20 il göstərib ki, Taliban olmadan qurulan Əfqanıstanda daim qeyri-stabil şərait hökm sürəcək. Bu cür şərait isə Rusiya, Çin və ABŞ-ın bölgədəki maraqlarına xidmət etmir. Əfqanıstanda müharibə əvvəl axır bitəcək və o zaman qalib tərəflə razılaşmaq daha asan olacaq.
 

ABŞ son 20 il ərzində Əfqanıstanda mərkəzi hökümətə bağlı silahlı qüvvələr formalaşdırmaq istiqamətində işlər aparıb.


Bu qüvvələrin silahlandırılması və hərbi təlimləri birbaşa ABŞ-ın nəzarəti altında həyata keçirilib. ABŞ bu qüvvələrə inamını nümayiş etdirməklə Əfqanıstanı yarı yolda qoymadığını göstərir və özünü hər hansı əxlaqi ittihamdan da sığortalamış olur.

Müşahidələr qarşıdakı günlərdə Əfqanıstanda hadisələrdə hər hansı dəyişikliyin olmayacağını göstərir.

Böyük güclər Əfqanıstanda davam edən müharibənin nəticəsini diqqətlə izləyir, lakin bu müharibəyə müdaxilə etmək barədə istəkli deyillər. Çünki Əfqanıstana müdaxilə və Talibana qarşı hər hansı fəaliyyət heç bir dövlətin maraqların xidmət etmir.

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin