“ABŞ qoşunları Əfqanıstanı tərk edirlər və bu ölkə uğrunda mübarizə yenidən qızışıb. Taliban qruplaşması ard-arda şəhərləri ələ keçirir. Əfqanıstanda əsas oyunçulardan biri Çin olacaq”.
Bizim.Media-nın xəbərinə görə, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sosial şəbəkə hesabında bildirib:
“Çinin Əfqanıstanla sərhədi uzun olmasa da, Pekin bu ölkədə siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışır. Pekin məhz bu məqsədlə Taliban hərəkatının rəhbərliyi ilə intensiv danışıqlar aparır”.
MÖVZU İLƏ BAĞLI:
II Dron Müharibəsi gəlir - PUA-larla verilən MESAJLAR
Politoloq qeyd edir ki, Amerikalı hərbi mütəxəssislər Çinin yaxın gələcəkdə kəşfiyyat xarakterli dronlardan Əfqanıstan səmasında istifadə edəcəyi fikrindədirlər:
“Taliban hərəkatının pilotsuz uçuş aparatları yoxdur. Ona görə də əgər Çin istehsalı olan kəşfiyyat dronları Əfqanıstan səmasında uçmağa başlayarsa, bu Talibanın işinə yarayacaq. Çünki Taliban öz rəqibləri haqqında Çin dronları vasitəsilə kəşfiyyat məlumatları toplaya biləcək”.
Xatirə, Bizim.Media