Azərbaycan Gürcüstan və İrandan qorunmalıdır – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Azərbaycan Gürcüstan və İrandan qorunmalıdır – RƏSMİ AÇIQLAMA

32490

Azərbaycanla sərhəd olan Gürcüstan və İranda koronavirus sürətlə yayılır və bu ölkəmizdə təlaşsız qarşılanmır. 

İranda koronavirusdan həyatını itirənlərin dəfni zamanı yaşanan izdiham cənub qonşuluğumuzda kritik vəziyyətin hökm sürdüyünü göstərir.

Xatırladaq ki, ölkədə son sutkada 39 min nəfərdən çox koronavirusa yoluxub, 568 nəfər isə vəfat edib.

Gürcüstanda gündəlik yoluxma sayı 5000 nəfəri ötüb, ölüm sayı isə 50 nəfərə yaxınlaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

II Dron Müharibəsi gəlir - PUA-larla verilən MESAJLAR


Bu cür durumda Azərbaycan yoluxmanın kəskin formada artması riski ilə üz-üzə qala bilərmi? Sərhəd məntəqələrimizdə nəzarət gücləndirilibmi? 

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Bizim.Media-ya açıqlamasında bildirib ki,  təbii ki qonşu ölkələrdə tüğyan edən COVİD-19 pandemiyasını nəzərə alaraq ölkəmiz ciddi şəkildə qorunmalıdır.

Buna görə mütəmadi olaraq gömrük-sərhəd buraxılış məntəqələrində qabaqlayıcı tədbirlər, sanitar-profilaktik və dezinfeksiya işləri həyata keçirilir: 

“Ölkəyə daxil olan nəqliyyat vasitələri stasionar dezinfeksiya qurğusundan keçməklə rejim zonasına daxil olur. İkinci mərhələdə dezinfeksiya tədbirləri qoruyucu geyim və dezinfeksiyaedici vasitələr ilə təmin edilmiş gömrük əməkdaşları tərəfindən əl ilə həyata keçirilir. Sonra idxal nəzarət xəttində proses bir daha təkrarlanır”. 

DGK sözcüsü bildirib ki, eyni zamanda ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarəti termovizorlar vasitəsilə ölçülür: 

“TƏBİB-in əməkdaşları tərəfindən xüsusi qaydalara uyğun olaraq müəyinə aparılır. Şübhəli hal müşahidə edildikdə müvafiq tədbirlər həyata keçirilir. Bundan başqa gömrük-keçid məntəqələrinin ərazisi mütəmadi olaraq dezinfeksiya olunur”.

Xatırladaq ki, hava sərhədlərindən ölkəmizə daxil olan xarici ölkə vətəndaşları keçdikləri test nəticələri ilə birlikdə bir daha hava limanlarında yoxlanılır və müayinədən keçirilirlər.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin