İran Ermənistana nə üçün yardım edir?

Hazırda oxunan: İran Ermənistana nə üçün yardım edir?

32381

Azərbaycan ilə İran arasındakı ortaq dini xüsusiyyətlərə baxmayaraq İran Cənubi Qafqazda Azərbaycanı yox, məhz Ermənistanı özünə müttəfiq hesab edir. İran tərəfindən 90-cı illərin ən əvvəlində Ermənistana edilən gizli yardımlar, son illərdə açıq aydın şəkildə həyata keçirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyana verilən SON TAPŞIRIQ: “Rus əsgəri yaralanmalı və ya öldürülməlidir...”


Bunu şərtləndirən səbəblər isə müxtəlifdir.

⦁ İranın Cənubi Qafqaz siyasəti İranın daxili dinamikası ilə birbaşa bağldır. Ölkə əhalisinin böyük hissəsi etnik azərbaycanlılardan təşkil olunub və Sovet İttifaqı etnik amil kartını daima İran üzərində təsir vasitəsi kimi istifadə edib. Sovet İttifaqın dağılması, Azərbaycanda müstəqillik hərəkatının başlanması və millətçi ritorikadan geniş istifadə olunması İranın oxşar qorxularını daha da gücləndirib.

 

İranın Ermənistana dəstək verməsi birbaşa Azərbaycanın bölgədəki fəaliyyətinə təsir etməyə xidmət edir.


⦁ İranın Ermənistanla münasibətləri mühüm geosiyasi mahiyyətə malikdir. Ermənistan coğrafi olaraq Türkiyə və Azərbaycan arasında yerləşir və hər iki ölkə arasında birbaşa tranzitin həyata keçirilməsinə əngəl törədir. İran isə Cənubi Qafqazda öz ideoloji xəttinə əsas rəqib kimi məhz Türkiyəni görür. Bu baxımdan Ermənistan İran üçün “Türk birliyini” parçalamağa xidmət edən önəmli geosiyası bölgədir. 

⦁ Ermənistan İran üçün iqtisadi bazar rolunu oynayır. Azərbaycanla müharibə şəraiti son 30 ildə iqtisadi inkişaf potensialı zəif olan Ermənistan üçün böyük problemə çevrilib. Ermənistan faktiki blokada şəraitinə düşüb və həyati əhəmiyyətli məhsulları əldə etmək üçün tək yol İranla münasibətləri inkişaf etdirmək olub.
 

İran da öz növbəsində Qərbin artan təzyiqləri və sanksiyaları qarşısında məhsullarını sata biləcəyi yeni xarici bazarlara möhtacdır. Blokada şəraitindəki Ermənistan İran üçün ideal iqtisadi partnyordur.


⦁ Ermənistan İran üçün qanunsuz fəaliyyətlərin icrasina imkan verən boz zonadır. Qərbin ardıcıl və sərt sanksiyaları İranın xarici ticarət potensialına ciddi zərbə vurub. İranın daxili bazarı üçün olduqca əhəmiyyətli olan və Qərbdə istehsal olunan bir çox məhsulu əldə edə bilmir. Lakin Ermənistanla əlaqələr İrana ehtiyacı olan məhsulları Ermənistan üzərindən gizli yolla və daha ucuz şəkildə tədarük etməyə imkan verir. 

Sovet İttifaqının dağılmasından sonra Azərbaycanda özünün dini ideoloji sistemini qurmaqda uğursuz olan İran günü bu gün də alternativ təsir mexanizmləri yaratmaq üçün Ermənistanla yaxın əməkdaşlığa meyllidir.

Lakin dəyişən reallıqlar İranın 30 illik Cənubi Qafqaz strategiyasının uğursuz olduğunu, hətta onun özünə qarşı yönəldiyini göstərir.

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin