“Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun sənədləri qaydasına düşmək üzrədir”. Bu barədə Moderator.az saytına Milli Şura üzvü Eldəniz Quliyev məlumat verib. Onun sözlərinə görə, R.İbrahimbəyovla dünənki telefon danışığından sonra bu qənaətə gəlib:
“Mən R.İbrahimbəyovla dünən danışdım. Telefon danışığımızdan belə başa düşdüm ki, R.İbrahimbəyovun sənədləri qaydasına düşmək üzrədir. Ümid edirəm ki, proses tezliklə yekunlaşacaq və R.İbrahimbəyov Milli Şuranın vahid namizədi kimi seçkilərə qatılacaqdır”.
Seymur Əliyev































































































