4 il sonra Qarabağda KİM OLACAQ? – Ruslar gedir, ermənilərsə...

Hazırda oxunan: 4 il sonra Qarabağda KİM OLACAQ? – Ruslar gedir, ermənilərsə...

32150

“Qarabağdan yenə həyəcanverici xəbərlər gəlir. Rusiya Qarabağa erməni hərbçilərinin keçidinə şərait yaradır, görüntülər var. Ermənistan hakimiyyətinin sülh sazişinin və sərhədin müəyyənləşdirilməsi məqsədilə demlitasiya və demarkasiya danışıqlarından imtina siyasətinin arxasında da Rusiyadakı siyasi və hərbi mərkəzlərin dəst-xətti hiss olunu.

Yoxsa rəsmi İrəvan Ermənistan üçün ağır nəticələnən müharibədən sonra bizə yenə dil uzatmazdı, onu arxayanlaşdıran mərkəzlər var”.

Bizim.Media xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib. Politoloq hesab edir ki, Qarabağın tamamına nəzarəti bərpa etmək üçün ağıllı layihələr üzərində düşünməliyik:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyalı hərbçilər sərhədimizdə - Nə etməliyik?


“İlk növbədə Rusiya hərbçilərinin 4 ildən sonra Qarabağı tərk etmələrini istəyirik. İkincisi, Qarabağda Azərbaycan qanunları ilə yaşamaq istəməyən erməni qalmasın və Xankəndi ətrafı ilə birgə nəzarətimizə keçsin ki, bununla 200 illik problemə son nöqtəni qoyaq.

Azərbaycan torpaqlarının işğalı dövründə Qarabağda təxminin 100 min erməni yaşayırdı, indi bunun sayı ən azı 4 dəfə azalıb, ancaq məsələnin bizim xeyrimizə tam həlli üçün bu sayı ikirəqəmliyə çevirmək lazımdır”. 

Prosesin xeyrimizə cərəyan etdiyini qeyd edən Elxan Şahinoğlunun fikrincə, Rusiya və dünyadakı erməni lobbisi əlindən gələni edəcək ki, Qarabağdakı ermənilərin sayı minimuma enməsin:

“Bunun üçün onlar Qarabağda evlər tikəcək, ermənilərə pulsuz heyvanlar paylayacaq, kiçik müəssisələr açacaq və kreditlər verəcəklər. Biz isə bunun tam tərsini etməliyik. Qarşımızda Rusiya, Ermənistan, bir qisim Qərb ölkəsi və erməni lobbisi var. Proseslər ərazimizdə getdiyindən qarşı tərəfin gücündən asılı olmayaraq onların planlarını pozmaq və öz oyunumuzu diqtə etmək imkanımız var”. 

Politoloq əlavə edib ki, hazırda Qarabağda yaşayan ermənilərin su problemi yaranıb:

“Başqa çeşidli problemlərini də yaratmalıyıq. Elə etməliyik ki, Qarabağdakı ermənilərin gənc nəsli Ermənistana və Rusiyaya köç etsinlər, işçi qüvvəsi çatışmasın, İrandan Qarabağa bizə bəlli olmayan yüklər daşınmasın və s. Bunun yolları var, sadəcə, Azərbaycanın xeyrinə işləyə biləcək təkliflərin bir mərkəzdə toplanmasına, müzakirəsinə və reallaşdırılmasına ehtiyac var”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin