Milli Şura təmsilçiləri ABŞ səfirliyində görüş keçiriblər

Hazırda oxunan: Milli Şura təmsilçiləri ABŞ səfirliyində görüş keçiriblər

32112

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) üzvləri Sülhəddin Əkbər və Eldar Namazov cümə axşamı ABŞ-ın Azərbaycan səfirliyində görüş keçiriblər. Bu haqda Turan-a MŞ üzvü S.Əkbər bildirib.

O qeyd edib ki, görüşdə danışıqlar Milli Şuranin keçirilməsini nəzərdə tutduğu 18 avqust aksiyası ilə bağlı olub. MŞ təmsilçiləri rəsmi Bakının sərbəst toplaşmaq azadlığını tam məhdudlaşdırmasını ABŞ diplomatlarının nəzərinə çatdırıblar. Bakının mərkəzində kütləvi aksiyaların keçirilməsini birmənalı olaraq qadağan halına salındığı vurğulanıb. Rəsmi Bakının aksiyanın keçirilməsi üçün əlverişli olmayan “20-ci sahə”ni göstərəcəyi deyilib. Səfirlik təmsilçilərinə Milli Şuranın bundan imtina etməyəcəyi qeyd olunub. Qurum təmsilçiləri bu xüsusda səfirlikdən vətəndaşların aksiyaya gəlişinə mane olmamağı rəsmi Bakının nəzərinə çatdırmağı xahiş ediblər. 

Öz növbəsində ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Berek Hoqan aksiyanın monitorinqini keçirəcələrini və hökumətlə bu xüsusda təmas quracaqlarını söyləyib.

concat.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin