“Azərbaycan müxalifəti özünü dəyişməlidir”. Bu sözləri Moderator.az saytına ADP sədri Sərdar Cəlaloğlu bildirib.
Partiya sədrinin sözlərinə görə, bunsuz hansısa dəyişikliyə ümid etmək mənasızdır: “Müxalifət ilk növbədə özünü dəyişməlidir. Yalnız bundan sonra o, xalqı və hakimiyyəti dəyişə bilər. Müxalifət özünü dəyişmədən heç nəyi dəyişə bilməyəcək. Bu birmənalıdır. Buna görə də, müxalifət ilk növbədə özünü dəyişmək istiqamətində iş aparmalıdır. Başa düşməlidir ki, bütün qalan dəyişikliklər məhz bu dəyişiklikdən asılıdır”.
Seymur Əliyev































































































