Fəzail Ağamalı: “Zahid Oruc özü ilə partiya arasında problem yaratdı” -ONUN MƏSƏLƏSİNƏ BAXILACAQ

Hazırda oxunan: Fəzail Ağamalı: “Zahid Oruc özü ilə partiya arasında problem yaratdı” -ONUN MƏSƏLƏSİNƏ BAXILACAQ

31991

 

Əgər doğrudan da Zahid Oruc prezidentliyə namizəddirsə, onun bu addımı partiyaya qarşı hörmətsizlikdir. Zahid Orucun təmsil olunduğu Ana Vətən Partiyası qarşıdakı seçkilərdə İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qərar verib”. Moderator.az xəbər verir ki, bu sözləri bizimyol.info-ya açıqlamasında AVP sədri Fəzail Ağamalı partiyasından olan deputat Zahid Orucun prezidentliyə namizəd olması barədə qərarını şərh edərkən söyləyib. Onun sözlərinə görə, Zahid Oruc bu addımı ilə AVP-dəki taleyini sual altına salıb: “Hər bir vətəndaş kimi onun da hüququ var ki, namizəd olsun. Amma nəzərə almalı idi ki, onun təmsil olunduğu partiyanın qurultayının qərarı var. Onun bu addımı bizim üçün təəccüblüdür. O, niyə belə edib, açıqlamasını verməlidir. O, bu addımı ilə AVP ilə  arasında bir uçurum yaratmış oldu. Onun məsələsinə partiya baxacaq".  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin