Mehman Əliyev Milli Şuranın vahid namizədi olmağa razıdır

Hazırda oxunan: Mehman Əliyev Milli Şuranın vahid namizədi olmağa razıdır

31969


 


Lazım gələrsə, mən proseslərdə iştirak edib Milli Şuranın vahid namizədi kimi iştiraka razılıq verə bilərəm. Bunu Avropa.info-ya açıqlamasında “Turan” İnformasiya Agentliyini Baş direktoru Mehman Əliyev bildirib.Onun sözlərinə görə, Milli Şuranın dünən keçirilən sessiyasında  onunla bərabər Rafiq Əliyevin, Cəmil Həsənlini və Gültəkin Hacıbəylinin namizədliyinin irəli sürülməsi ilə bağlı təkliflər  səslənib: “Cəmil Həsənli artıq məslə ilə bağlı mövqeyini bəyan edib. Rafiq Əliyev bu proseslərdən uzaqlaşıb və inanmıram yenidən proseslərə qatılsın. Gültəkin xanımın qərarını isə deyə bilmərəm. Amma mən vahid namizəd olmağa razılıq verərəm”.M.Əliyev hesab edir ki, əsas məsələ  Milli Şuranın vahid namizədi olmaq  deyil, əsas məsələ  seçki prosesidir  və bundan istifadə edib yararlanmaq lazımdır: “Fikrimcə, bu proseslərdə iştirak etmək ölkənin xeyrinə olacaq və bu prosesdə bütün siyasi qüvvələr birgə addımlaya bilər. bu baxımdan  mən prosesdən qaçmıram və axıradək bu prosesdə iştirak edəcəyəm”. M.Əliyev onu da əlavə etdi ki,  bu məsələlər Milli Şuradan və oradakı siyasi qüvvələrin  qərarından asılıdır: “Çünki Milli Şuradakı duruma baxmaq lazımdır. Orada durum hər gün dəyişir. Rüstəm İbrahimbəyovun da mövqeyində dəyişikliklər baş verir. Əgər o əvvəlcə bir neçə namizədlərin iştirakın tərəfdarı idisə, sonradan yalnız özünün  vahid namizəd olaraq irəli sürülməsini təklif etdi. Amma indi yenidən mövqeyində dəyişiklik olub və Milli Şuranın 4-5 namizədlə seçkiyə qatılmasını təklif edir. Əsas məqsədi də odur ki, o özü qatıla bilməyəcəyi təqdirdə, proses dayanmasın və davam etsin. Yəni bütün bunlar Milli Şuranın qərarından asılıdır. Ona görə də indidən nəsə demək tezdir. Odur ki, indiki məqamda prosesləri müşahidə etməklə məşğulam. Orada siyasi diskussiyalar əsasən siyasi partiyalar arasında gedir və hər şey onların qərarından asılıdır”. M.Əliyev Milli Şurada olan siyasi partiyalar bir araya gəlib öz aralarından bir namizəd seçməsi məsələsini də istisna etmədi və belə bir qərar da mümkündür. Rafiq Əliyevlə  isə bildirdi ki, hazırda xarici ölkədə tədbirdədir və bu məsələlərə şərh vermək niyyətində deyil. “Mən proseslərdən uzağam və indiki halda cavab verə bilmərəm”.


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin