"Amnesty İnternational" hakimiyyətin seçkiqabağı siyasətini tənqid etdi

Hazırda oxunan: "Amnesty İnternational" hakimiyyətin seçkiqabağı siyasətini tənqid etdi

31834

«Azərbaycanda prezident seçkisi kampaniyası azı 14 vicdan məhbusu ilə başlayır». Amnesty İnternational hüquq müdafiə təşkilatının avqustun 8-də yaydığı bəyanatda belə deyilir. Təşkilat seçkiöncəsi həbs olunan müxalif namizədləri, jurnalistləri, fəalları və hüquq müdafiəçilərini dərhal və qeyd şərtsiz azadlığa buraxmağa çağırıb. 
Bəyanatda bildirilir ki, rejim son aylar sosial şəbəkələrdə azad seçkilər və söz azadlığı ilə bağlı çağırışlar edən gəncləri xüsusilə hədəfə alıb.


Amnesty İnternational 22 yaşlı gənc fəal Daşqın Məlikovun 2 il 6 ay azadlıqdan məhrum edilməsinə toxunur. Təşkilat «narkotik maddələri qanunsuz əldə etmə və saxlama» ittihamını gəncin siyasi fəaliyyəti ilə əlaqələndirir və bu ittihamın uydurma olduğuna inanır. 


Daşqın Məlikov AXCP Gənclər Komitəsinin üzvüdür. Prezident və hökumət haqqında satirik və tənqidi blok yazılarının müəllifi olmaqla yanaşı, həm də onlayn aksiyaların təşkilatçılarındandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin