"Müsavat müstəqil qərar vermək məcburiyyətində qalacaq" - sərt açıqlama

Hazırda oxunan: "Müsavat müstəqil qərar vermək məcburiyyətində qalacaq" - sərt açıqlama

31801

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Rüstəm İbrahimbəyovun son açıqlamasına münasibət bildirib. Bizimlə söhbətində Müsavat yetkilisi bildirdi ki, bu qeyri-müəyyənlik uzun müddət davam edə bilməz: “Avqustun 12-də keçiriləcək Milli Şuranın toplantısında biz seçkilərlə bağlı Müsavat Partiyasının birmənalı mövqeyini ortaya qoymaq niyyətindəyik. Hesab edirəm ki, gələn həftə seçkilərlə bağlı əsas qərarlar qəbul edilməlidir. Biz çalışacağıq ki, bu qərarlar Milli Şuraya daxil olan bütün siyasi qüvvələrin, ictimai birliklərin, ayrı-ayrı şəxslərin birgə qəbul etdiyi qərarlar olsun. Ümid edirəm ki, gələn həftə ərzində Rüstəm İbrahimbəyov bu problemləri həll edərək respublikaya qayıtmağa nail olacaq və seçki kampaniyasında iştirak edə biləcək. Əks halda, biz partiyanın özünün müstəqil qərarlarını vermək məcburiyyətində qalacağıq”./müsavat.com/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin