“Milli Şuranı vaxtında elan etsəydik, indiki problemlər yaranmazdı”.
Bu sözləri “Yeni Müsavat” qəzetinə son açıqlamasında Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namaozv deyib.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Azərbaycan Liberal Partiyasının (ALP) sədri, Milli Şuranın üzvü Əvəz Temirxan da müxalifətin böyük birliyinin gec yaranması fikriylə razılaşdığını deyib:
“Hələ 2010-cu ildə ALP “Azadlıq” seçki blokunun tərkibində olarkən Lalə Şövkət bütün müxalifətin vahid mərkəzdə birləşməsini təklif etdi. Biz müxalifətin birlik modelini hələ 3 il öncə təklif etmişdik, təəssüf ki ,bu o zaman alınmadı. Amma indi keçmişdə olanları bir-birimizə qarşı ittiham predmetinə çevirməməliyik, əksinə olanlardan ibrət götürmək lazımdır. Mən tam əminəm ki, Rüstəm İbrahimbəyov Bakıya gələcək və seçkilərdə qalib gələrək, Azərbaycanın növbəti prezidenti olacaq”.
Xəyal Əzizov































































































