7 avqust 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazirlər Türkiyədəki meşə yanğınları ilə əlaqədar mövcud vəziyyəti və həyata keçirilən yanğınsöndürmə əməliyyatlarına dair fikir mübadiləsi aparıblar.
Nazir Mevlüt Çavuşoğlu Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən Azərbaycanın yeni qrup yanğınsöndürənlərin və texniki yardımının göndərilməsi ilə əlaqədar minnətdarlığını ifadə edib. Yanğınsöndürmə prosesinin gedişatı barədə məlumat verən Mevlüt Çavuşoğlu Antalyada yanğınların qarşısının alındığı və zərər çəkmiş infrakstrukturun bərpa olunması istiqamətində işlərin getdiyini qeyd edib.
Eyni zamanda, bir sıra digər yerlərdə isə yanğının qarşısının alınması üzrə əməliyyatların hələ də davam etdiyini bildirib.
Öz növbəsində Ceyhun Bayramov Azərbaycan tərəfinin hər zaman qardaş Türkiyənin yanında olduğunu və ehtiyac duyulan bütün dəstəyi göstərməyə hazır olduğumuzu vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:25 / 07.08.2021
Ceyhun Bayramov türkiyəli həmkarı ilə telefonla danışdı
Hazırda oxunan: Ceyhun Bayramov türkiyəli həmkarı ilə telefonla danışdı
Hazırda oxunan: Ceyhun Bayramov türkiyəli həmkarı ilə telefonla danışdı
31595
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.