“Əsgərlər qaçır, nazir təlaşdadır, orduda nə baş verir?” - Özəl ŞƏRH 

Hazırda oxunan: “Əsgərlər qaçır, nazir təlaşdadır, orduda nə baş verir?” - Özəl ŞƏRH 

31469

“Ermənistanın müdafiə naziri Arşak Karapetyan Azərbaycan əsgərlərinin Ermənistan sərhədlərini keçəcəyi təqdirdə məhv edilməsilə bağlı əmr imzalayıb və eyni zamanda qeyd olunur ki, buna imkan verən erməni hərbçilər də çox sərt cəzalandırılacaq. Nə baş verməkdədir”?
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyana verilən SON TAPŞIRIQ: “Rus əsgəri yaralanmalı və ya öldürülməlidir...”


Arşak Karapetyanın imzaladığı əmrlə bağlı şərhini özəl olaraq Bizim.Media-ya ünvanlayan millət vəkili Elman Nəsirov fikirlərinin əvvəlində verdiyi sualı da cavablandırıb. 

“Buradan belə görünür ki, Ermənistan müdafiə naziri təlaşdadır, həyəcandadır, gərginlik içərisindədir. Və Karapetyan darmadağın edilmiş ordusunun tör-töküntülərinə etibar eləmir. O hesab eləyir ki, Azərbaycan silahlı qüvvələri sərhədi keçərsə, Ermənistanın müqavimət potensialı çox aşağıdır. Bununla Ermənistan etiraf etmiş olur ki, ordusunda vəziyyət bərbaddır. 10 mindən çox fərarisi olan bir ordudan başqa bir şey gözləməyin də mənası yoxdur”.

Deputatın sözlərinə görə, İrəvan bu tip əmr və bəyanatlarla özlərinin müxtəlif maraqlarını gündəmdə saxlamaq niyyətindədirlər. Amma reallıqlar başqadır və axır-əvvəl bununla barışmalıdırlar:

“Çox yaxın perspektivdə bayrağımız dalğalanmayan Azərbaycan ərazilərində də üçrəngli dövlət rəmzimizin ucalmasına şahidlik edəcəyik. Ortada Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi var. Ortada xalqın cənab Prezidenti birmənalı dəstəkləməsi var. Təbii ki, bütün bu reallıqlar fonunda Azərbaycan ordusunun şücaəti ortadadır. Bütün bu reallıqlar qarşıda duran hədəflərə çatmaq üçün münbit şəraiti təmin edir”.

Elman Nəsirov sonda vurğuladı ki, Ermənistan müdafiə nazirinin imzaladığı əmr onun sərsəm, axmaq düşüncəsinin məhsuludur. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin