“İlham Əliyev Makronu necə lazımdır başa salıb” – Prezidentlərin telefon danışığındakı GİZLİNLƏR

Hazırda oxunan: “İlham Əliyev Makronu necə lazımdır başa salıb” – Prezidentlərin telefon danışığındakı GİZLİNLƏR

31428

Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Telefon danışığının hansı gizli tərəfləri var? Prezidentlər nəyi müzakirə ediblər?

“Mənə elə gəlir ki, ikitərəfli münasibətlərlə yanaşı, bura sərhəd məsələsi və həmçinin Qarabağdakı separatçıların status mövzusu da daxil edilib. Çünki Makron oturub-durub separatçıların statusu haqqında danışır. Həm də ermənilərə mesajlar ünvanlayır ki; status məsləsində hər zaman yanınızda olacam” deyən politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycan Prezidenti bölgənin özünəməxsusluğunu başa düşməyən, suyun üzərindəki köpük kimi məsələlərdən agah olan Makrona ciddi əsaslandırılmış arqumentlərlə ibrət verib.

Bizim.Media-ya özəl açıqlamasında politoloq Qabil Hüseynli cavabı ilə onu da əhatə etdi ki, ölkə başçısının fransalı həmkarına dərsi təkcə bununla əhatə olunmadı.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Makron sərhəddəki vəziyyəti müzakirə etdi


Bundan başqa, həm sovet dövrü, həm də sonrakı hadisələrə dair ümumi məlumatlar var və bununla İlham Əliyev...

“Makronun qaldırdığı iddiaların cavabını verib və sözün əsl mənasında kəskin və qətiyyətli mövqeyini ortaya qoymaqla Makrona yaxşıca ibrət dərsi verib”.

Yəni, Prezident İlham Əliyev Makronu sözün hər mənasında başa salıb?

“Bəli, başa salıb. Çünki Makronun başa salınmasına ciddi ehtiyac var. Fransa kimi bir dövlətin başçısı ölkəsinin zəruri problemlərini qoyub dılğır ermənidən ötrü bölgədə status axtarışına çıxıb. Status məsələsində hətta Rusiya Azərbaycanla fikir mübadiləsi aparmağa belə cəsarət etmədiyi halda Makronun həm sərhəd, həm də status mövzusunda Ermənistanın maraqları uğrunda mübarizə aparması gülüncdür”.

Politoloqun fikrincə, bütün bunlara görə Azərbaycan Fransa ilə əlaqələri qismən məhdudlaşdırmaq xəttini seçib.

Amma Azərbaycanın Avropa Birliyində ən güclü siyasi əlaqələri Fransa ilə qurulmuşdu. İndi isə həmin əlaqələr bəlli bir çərçivəyə salınır: 

“Makron Azərbaycanla əlaqələrin inkişafını müzakirə etmək əvəzinə bilmədiyi məsələlərin dalınca qaçır. Makron bilmir ki, işğal dövründə ermənilər sərhədləri bəzi yerlərdə 15, digər hissələrdə isə 7-10 kilometr Azərbaycanın içərilərinə doğru çəkiblər. Bu isə bir rayonun ərazisindən böyük zona deməkdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Prezidenti Makrona əməlli-başlı dərs verib”.

Digər ekspertlərin də fikirlərinə görə, Makronun bu hərəkətləri əslində Fransa adütoriyasına hesablanan addımlardır.

Qarşıdan ölkədə prezident seçkiləri gəlir. Erməni lobbisinin dəstəyini qazanmaq isə Emanuel üçün çox vacibdir. Ermənilərsə pulu elə-belə vermirlər. Ona görə də Makronun üzü payıza belə telefon zəngləri və bəyanatları hələ çox olacaq. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin