Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Cavab atəşi ilə qarşı tərəf susdurulub.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:29 / 06.08.2021
SON DƏQİQƏ: Ermənistan ordusu mövqelərimizi atəşə tutdu
Hazırda oxunan: SON DƏQİQƏ: Ermənistan ordusu mövqelərimizi atəşə tutdu
Hazırda oxunan: SON DƏQİQƏ: Ermənistan ordusu mövqelərimizi atəşə tutdu
31427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.