Rəsul Quliyev: “Qayıda bilsəm, seçkidə iştirak edəcəm və udacam”

Hazırda oxunan: Rəsul Quliyev: “Qayıda bilsəm, seçkidə iştirak edəcəm və udacam”

31394

“Ölkəyə qayıda bilsəm, seçkidə iştirak edəcəm və udacam, mənə vahid namizəd olmaq lazım deyil”. Bu fikirləri Milli Məclisin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Rəsul Quliyev qarşıdakı prezident seçkilərində mümkün iştirakına dair Modern.az saytının suallarını cavablandırarkən bildirib. Eks-spiker iddia edib ki, Azərbaycana qayıdacağı təqdirdə seçkilərə qatılıb, qalib gəlmək əzmindədir. 

 

R.Quliyev həmçinin Milli Şura üzvlərini mübarizə aparmağa səsləyib: “Mənim namizədliyimi irəli sürmək məsələsinə gəldikdə, “heç bir bazası olmayan” ifadəsi demoqoqiyadan başqa bir şey deyildir. Mən artıq “Rüstəm İbrahimbəyov nəyə görə vahid namizəd olmalıdır və o, qeydiyyata alınmasa, seçkilərin keçirilməsinə imkan vermək olmaz” kimi fikirlərimi dəfələrlə söyləmişəm. Azərbaycanda azad seçki keçirmək uğrunda mübarizə aparmaq lazımdır və ölkəyə qayıda bilsəm, seçkidə iştirak edəcəyəm və udacağam, mənə vahid namizəd olmaq lazım deyil”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin