Müharibə şəraiti yaxınlaşır: “İsrail cürət tapıb İrana hücum etsə...” - Tofiq Abbasovdan PƏRDƏARXASI

Hazırda oxunan: Müharibə şəraiti yaxınlaşır: “İsrail cürət tapıb İrana hücum etsə...” - Tofiq Abbasovdan PƏRDƏARXASI

31320

İsrail ilə İranın körfəz toqquşmaları quruda savaşa çevrilsə, İrandaxili ixtişaşlara start verilə bilərmi? Çünki bu, ərəb baharı müəllifləri üçün ideal fürsətdir. Həm də İsrail müdafiə naziri hücuma hazır olduqlarını elan edib.

“Naftali Bennet hakimiyyətə gəlməzdən əvvəl də İranla bağlı sərt mövqe tutan siyasətçilərdən biri idi. O deyirdi ki; İran hər hansı böyük addımlar atmazdan qabaq biz gərək onun qarşısını alaq. İlk növbədə nüvə silahı ilə bağlı, həm də bölgədəki dövlətlərin daxili işinə qarışmasına görə...

O həmçinin vurğalıyırdı ki; mövqeyimizi hücum mövqeyi etməliyik. Yəni, müdafiə olunmağımız düzgün deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan İranda yenə TƏXRİBAT EDƏCƏK – Bu dəfə “Qarabağ Ermənistandır” deyə biləcəkmi?


Bu baxımdan da, əgər İrana hücum etsək, müttəfiqlərimiz kömək edəcəklər. Təbii ki, İran da bundan agahdır” deyən politoloq Tofiq Abbasovun fikrincə, ola bilər ki, İsrailin indiki kabineti Benyamin Netanyahu ilə müqayisədə İranla bağlı daha radikal mövqedən çıxış edir. 

Bizim.Media ilə bu mövzuda düşüncələrini bölüşən Tofiq Abbasov qeyd etdi ki, körfəzdə baş verən insidentlərdən sonra savaş üçün “bəhanə bloku” formalaşıb.

Müharibə şəraiti yaxınlaşır:

“Hətta İsrail bəyan edib ki, onun özünün əlahiddə hazrlığı var və eləcə də müttəfiqlərlə, o cümlədən NATO bloku ilə də bunlar gələcək addımlarını koordinasiya edib, əlaqələndirib həyata keçirə bilərlər. Məsələnin ciddiliyi İranda da nəzərə alınır. Müharibə olsa, Yaxın Şərq, Orta Şərq çox qaynar və dolaşıq bir şəraitə düşəcək. Müharibə olmasa yaxşıdır. Bu savaş həm də Livanda, Fələstin torpaqlarında yerləşən və İranın dəstəyi ilə fəaliyyət göstərən qrupları da hərəkətə gətirə bilər. İsrail cürət tapıb İrana hücum eləsə, mən əminəm ki, Hizbullah, HƏMAS kimi qrupların hamısı fəaliyyətə başlayacaq. Fəaliyyət isə raket hücumları və İsrail ərazisinin top atəşlərinə tutulmaslıdır”.

İsrail İrana hücum edərsə, bu həmlə İrandaxili çaxnaşmalar yarada bilərmi?

“Xeyr. Bu təhdidlər çoxdan var, eləcə də bir neçə cəhdlər də göstərildi ki, Xuzistanda ərəbləri hərəkətə gətirsinlər. Yadınıza salmaq istəyirəm ki, 80-ci illərdə İraqın İrana hücum etməsinin qayəsi nədən ibarət idi? Ondan ibarət idi ki, Xuzistan və digər yerlərdə yaşayan ərəbləri hərəkətə gətirsinlər. Ancaq bu nə ilə nəticələndi? Savaş 8 il uzandı və axırda da İran Şəttül-Ərəb çayının şelfini demək olar ki, ələ keçirdi. Yəni, dava onun üstündəydi və faktiki olaraq İraq məğlub oldu.

Digər tərəfdən isə İranın Kürdüstanında, sonra Əfqanıstan və Pakistanla sərhəddə yerləşən Bəluçustanda da radikal qruplar fəaliyyət göstərir. Əlbəttə, hamısına kənardan dəstək verilir ki, onlar hərəkətə gəlsinlər. Amma mən elə başa düşürəm ki, bunu edə bilməyəcəklər. Çünki İranın daxilində sünni camiyələr olsa da, onların liderləri, fəalları bir qayda olaraq dövlətçilik prinsipində duran adamlardı. Onların içində İran dövlətini bəyənməyən, ona qarşı radikal, barışmaz mövqedən çıxış edən qruplar var. Amma onlar elə də nüfuzlu, güclü deyillər ki, İranın daxilində çaxnaşmalar salsınlar.

O ki qaldı azərbaycanlılara...

Azərbaycanlılar elə farslarla bərabər, deyərdim ki, İranda titullu xalqdır. İki ititullu xalq var. Biri farslardırsa, biri də azərbaycanlılardır. Azərbaycanlılar geniş tərkibdə dövlət, dini və siyasi institutların hamısında təmsil olunublar. Adətən İranın istənilən hökumətinin tərkibində ən azı 6-7 nəfər azərbaycanlı nazirlər olur”.

Politoloq məsələyə münasibətini belə tamamladı ki, İsraillə mümkün savaş fonunda İran vətəndaşı olan 30-40 milyon azərbaycanlı rəsmi Tehrana qarşı çaxnaşmalar yaratmayacaq. Bu mənada İranın parçalanması da real görünmür. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin