Tarixdə ermənin yeri – Dolma, lavaş, kabab...

Hazırda oxunan: Tarixdə ermənin yeri – Dolma, lavaş, kabab...

31319

Mövcud olduqları ən qısa tarix ərzində, “kleptomaniya”dan əziyyət çəkən ermənilər demək olar ki, bütün ömürləri boyu azərbaycanlıların tarixini, mədəniyyətini və mətbəxini mənimsəməklə keçirib. 

Bizim.Media dünya ictimaiyyətində də məşhur olan erməni oğurluqları haqqında faktları nəzərinizə çatdırır.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın sərsəmlik ritorikası – Nikol yenə sözündən qaçır


Azərbaycan mədənyyəti və incəsənəti

Bütün erməni  məclislərində Azərbaycan musiqilərini erməni adları ilə eşitmək mümkündür. Ermənilər demək olar ki, Azərbaycanın xalq və bətəkar mahnılarını dünyaya ğz adları ilə sırımaqla məşğuldur.

Hələ o zamanlar erməni bəstəkarı A.Babacanyan Üzeyir Hacıbəylinin “Arşın mal alan”ını oğurlayaraq dünya ictimaiyyətinə öz musiqiləri kimi təqdim edib.  Hətta bu oğurluq sübut olunandan sonra, 80-cı illərdə radio və TV vasitəsilə musiqi verilişində yenə də Üzeyir bəyin iki komediyasın Qarabağın hansısa erməni kəndinin melodiyaları kimi təqdim edirdilər.  Lakin ermənilərin oğurluqları bununla da bitmir. Sən demə “Sən gəlməz oldun”, “Sarı gəlin”, “Dilbərim” mahnıları, hətta toylarda rəqs etdiyimiz “Tərəkəmə”, “Qoçəli” rəqsləri də “ermənilərə aid imiş”.

“Balaban”ı “duduk” edən mənfurlar

İllər keçdikcə ermənilərin mənimsəmə fırıldaqları aqressivləşməyə başlayıb. Daha sonra onlar Azərbaycanın qədim musiqi aləti olan balabanı çox təəssüf ki, “erməniləşdirə” bildilər.

Ermənilərin “dastan” və “mifləri”nə inana bilsək, bu qədim çalğı aləti yalnız ərik ağacından hazırlanır və “duduk” adlanır. Özü də bu ərik ağacı elə-belə ağac deyil ha! Bu ərik ağacının növü ancaq Ermənistanda bitir. Bütün dünyada “erməni duduku” adlanan başıbəlalı balaban, Ermənistanın adı ilə xatırlanır.

Dolma və “Erməni lavaşı”, Kabab...

Azərbaycan mətbəxinin ən əsas yeməklərindən biri olan dolma da ermənilərin hədəfindən qaça bilməyib. İllərdir onu “talma” adı ilə özünləşdirmək istəkləri, erməniləri lap əldən salıb. Hələ sovet zamanından gedən təbliğat məşhur sovet fimindədə öz əksini tapıb.

“Mimino” filmindəki erməni ilə gürcünün dialoqu belə səslənir.

“ - Gedək evə, anam sənə yaxşı dolma bişirsin. Sən dolma sevirsən?

Yox

Ona görə ki, sizdə dolma bişirməyi bacarmırlar. Bizim Dilicanda isə onu yaxşı bacarırlar".  Ancaq çaşıb erməniyə “dolma sizin dilinizdə nə deməkdir?” desəz, erməni çox baş sındırsa da buna cavab tapa bilməyəcək.  

Lavaş da sən demə erməni çörəyidir. Bütün  Şərqdə istifadə olunan lavaşı mənimsəyən ermənilər Rusiyada onu “Armanskiy lavaş” yəni “Erməni lavaşı” adı altında satırlar. Bu azmış kimi hələ onlar həyasızlıqlarına salıb lavaşın qeyri-mədəni irs kimi UNESCO-nun siyahısına daxil edilməsi üçün müraciət də etmişdilər. 

Bundan başqa ermənlərin iddialarında manqal, basdırma, kabab da “qədim erməni” sözləridir.

Ermənilər təkcə Azərbaycanın deyil digər xalqların mətbəxini də mənimsəməklə məşğuldurlar. Onlar bu gün nəinki Azərbaycan mətbəxinə məxsus yeməkləri, eyni zamanda gürcü, türk, rus və digər xalqların mətbəxinə məxsus yeməkləri öz adlarına çıxarırlar.

Bu yaxınlarda erməni porno ulduz Kim Kardaşyanın Türk lahmacununu  erməni pizzası adlandırmağı isə türklər arasında böyük ajiotaja səbəb olub. Türklər bu yalanına görə, pornoulduzun İnstaqram profilini şikayət ediblər.

ABŞ-ın Nyu –York şəhərində “Armenian pizza” adı altında türk lahmacunu satan kafelər də mövcuddur.

Puşkin havayı yerə deməyib ki: “Ты трус, ты раб, ты армянин!”

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin