Bayden Ermənistanı Azərbaycanla danışıqlar masasına çağırdı

Hazırda oxunan: Bayden Ermənistanı Azərbaycanla danışıqlar masasına çağırdı

31251

"Mən Qarabağ münaqişəsinə görə təhlükəsizlik sahəsində 2020-ci ildə yaranmış mürəkkəb çağırışları anlayıram”.

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Cozef Bayden Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana növbədənkənar parlament seçkilərində qələbə qazanması və yeni hökumət formalaşması ilə bağlı məktubunda qeyd edib.

ABŞ rəhbəri Birləşmiş Ştatların ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlara sadiq olduğunu vurğulayıb.

“Biz Ermənistan və Azərbaycanı danışıqlar predmetinə mümkün qədər tez qoşulmağa çağırırıq", - ABŞ prezidenti vurğulayıb.

Cozef Bayden danışıqlar prosesində Gürcüstanın dəstəyi ilə əldə olunmuş irəliləyişin gələcəkdə regional əməkdaşlıq üçün əsas olacağına ümid etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin