Oqtay Əsədov İran prezidentinin andiçmə mərasiminə qatılacaq

Hazırda oxunan: Oqtay Əsədov İran prezidentinin andiçmə mərasiminə qatılacaq

31180
Azərbaycan Respublikasının İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov iyulun 24-də İran parlamentinin deputatı Mirqismət Musəvi Əsl ilə görüşüb.

APA-nın İRİB-ə istinadən məlumatına görə, görüşdə iranlı deputat iki ölkənin parlamentləri arasında əlaqələrin vacib olduğunu bildirib: “İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün parlamentlərarası dostluq  qrupları önəmli rola malikdir”.
 
M. Musəvi Əsl İranla Azərbaycan arasında xeyli tarixi, mədəni və dini ortaqlıqların olduğunu söyləyib: “Sərhədyanı vilayətlər başda olmaqla iki ölkə arasında ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq ikitərəfli əməkdaşlığın genişlənməsində vacibdir. Ancaq İranla Azərbaycan arasında əməkdaşlığın daha da genişlənməsi üçün yaranmış imkanların reallaşmasına mane olacaq amillər aradan qaldırılmalıdır”.
 
C. Axundov isə öz növbəsində İranla ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığın genişlənməsini müsbət qarşıladığını deyib. Səfir Milli Məclisin sədri Oqtay Əsədovun İranın yeni prezidenti Həsən Ruhaninin avqustun 4-də ölkə parlamentində keçiriləcək andiçmə mərasimində iştirak edəcəyini açıqlayıb: “Bu səfər müxtəlif əməkdaşlıqların, o cümlədən iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafında önəmli rol oynayacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin