Deputatlığına xitam verilən Eldəniz Səlimov haqqında MƏHKƏMƏ QƏRARI...

Hazırda oxunan: Deputatlığına xitam verilən Eldəniz Səlimov haqqında MƏHKƏMƏ QƏRARI...

31057

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisdə polisə xəsarət yetirən deputat Eldəniz Səlimovun toxunulmazlıq məsələsinə baxılaraq, onun deputatlıq mandatına xitam verilib.  

Bundan sonra eks deputat E. Səlimov hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. 

Məlumata görə Səlimov Binəqədi rayon məhkəməsində hakim qarşısına çıxarılıb. Amma iş sonunun axırına qədər məhkəmə qərarı haqda heç bir məlumat yayılmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Eldəniz Səlimovun deputatlığına XİTAM VERİLDİ - SON DƏQİQƏ


Məsələ ilə bağlı əvvəl eks deputat Eldəniz Səlimovun özü ilə əlaqə yaratmağa çalışdıq. Lakin onun telefonuna zəng çatmadı. Eks deputatın köməkçisi də telefon zənglərinə cavab vermədi.

İşlə bağlı Binəqədi Məhkəməsindən  də heç bir məlumat ala bilmədik.

Artıq iş saatı başa çatıb və son dəqiqəyə qədər keçmiş deputatın barədə heç bir qərar qəbul olunmayıb.

Qeyd edək ki, onun haqqında 309-cu maddənin 2-ci hissəsi (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda və bu əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi başladılıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin