“ABŞ-Rusiya savaşı hibrid alətlərlə aparılacaq” - Politoloqdan ŞƏRH

Hazırda oxunan: “ABŞ-Rusiya savaşı hibrid alətlərlə aparılacaq” - Politoloqdan ŞƏRH

30977

Amerika Birləşmiş Ştatları Rusiya tərəfinə vizalarının müddəti bitdiyinə görə ölkəni sentyabrın 3-nə qədər tərk etməli olan 24 diplomatın siyahısını təqdim edib - Soyuq müharibə alovlanır?

“2013-14-cü illərdən başlayaraq ABŞ-Rusiya münasibətləri gərginləşib. Gözləntilər var idi ki, Baydenlə Putinin görüşü bu gərginləşməni bir az yatıracaq. Əslində bu görüş gərginliyi yatırmasa da, gərginliyin daha da artmasının qarşısını aldı.

Buna rəğmən, hər iki ölkənin bir-biri ilə aydınlaşdırmalı olduqları məqamlar var” deyən politoloq Yeganə Hacıyeva bildirdi ki, Rusiyanın məsələsində ABŞ-dakı seçkilərə müdaxilə, şirkətlərə kiberhücumlar və daxildəki ekstremist silahlı qruplaşmaların mobilləşməsi kimi nüanslar var.
 

MÖVZU İLƏ BAĞLI:

Putindən Şimali Kipr XƏBƏRDARLIĞI – Rusiya nədən narahatdır?  


Bizim.Media-ya cavabının davamında politoloq bildirdi ki, Vaşinqton bu və digər mövzularda Moskvadan aydınlıq gətirməsini istəyir.

Bununla yanaşı, bir çox ölkələrdə amerikalı diplomatlara “Havana sindromu” adlanan psixoloji hücumlar kimi narahatlıqlar var və bunlar aradan qalxmayıb. Lakin iki ölkə arasındakı problem ancaq viza və diplomatlarla bağlı deyil:

“Rusiya tərəfi hesab edir ki, ABŞ Ukraynanı silahlandırır, şərqi Avropa ölkələrini Rusiyaya qarşı qaldırır və Rusiyanın daxilindəki müəyyən qrupları dəstəkləyir. Bu dəstəkləmə nəticəsində isə Rusiya hökumətinin monolitliyi (bütövlüyü) parçalanır”.

Rusiyanın narahatlıqlarından da bəhs edən Yeganə Hacıyeva proseslərin hara qədər inkişaf edə biləcəyini açıqladı:

“Proseslər hərbi qarşıdurmaya qədər inkişaf etməyəcək. Müasir dünyada hibrid alətlər adlandırdığımız dövlətlərə qarşı öz cəmiyyətləri daxilində mübarizə aparmaq mexanizmləri formalaşıb. Hər iki ölkə sosial media, internet resursları üzərindən mübarizəni kəskinləşdirəcəklər. Əlbəttə, ABŞ-a nisbətən Rusiya Amerika cəmiyyətində daha dərinə siraət edib. Amma ABŞ da Rusiya daxilindəki maliyyə sferasında gözlə görünməyəcək qədər dərindədir. Bu da zaman-zaman Rusiyanın daxilində müəyyən təzyiq alətləri formalaşdırır”.

Yeganə Hacıyevanın sözlərinə görə, ABŞ daha çox Rusiya müxalifəti vasitəsilə Kremlə təsir göstərir. Yəni, hər iki ölkə bir-birinə qarşı bir-birinin daxilində vuruşacaq.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin