Musa Quliyev: “Cəmiyyət görsün ki, Milli Məclis belə hərəkətləri bağışlamır”

Hazırda oxunan: Musa Quliyev: “Cəmiyyət görsün ki, Milli Məclis belə hərəkətləri bağışlamır”

30973

“Təəssüflər olsun ki, bu gün biz müzəffər Milli Məclisin bir üzvünün Azərbaycan zabitinə qarşı dələduzluğunu müzakirə edirik. Bizim deputat həmkarımız Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Baş Prokurorluqdan polisi döyən deputatla bağlı AÇIQLAMA


Onun sözlərinə görə, belə bir məsuliyyətsiz hərəkətin tödərilməsi deputatların hər birinin nüfuzuna xələl gətirir: 

“Burada xuliqanlıq, özbaşınalıq, qanuna hörmətsizlik elementləri var. Biz qanunlar qəbul edirik. Eldəniz Səlimovun özü çıxış etsəydi, daha yaxşı olardı. Biz o insanla YAP-da da siyasi həmfikir olmuşuq. Hesab edirəm ki, cəmiyyətin də diqqəti bu müzakirələrdir. Cəmiyyət də görsün ki, Milli Məclis belə hərəkətləri bağışlamır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin