Bu sözləri Moderator.az-a eksklüziv açıqlamasında sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusiyadakı keçmiş səfiri Əli Nağıyev söyləyib.
Sabiq nazir saytımıza açıqlamasında bu mövqeyini İlham Əliyevin xalq qarşısındakı xidmətləri ilə əlaqələndirdiyini deyib: “İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan inkişaf edib. Bunu görmək lazımdır”.
Hakim partiyanın qurucusu kimi işsiz qalması faktına gəlincə, Əli Nağıyev buna görə, hakimiyyətdən narazı qalmadığını deyib: “Bu məsələlər ölkə rəhbərliyinin səlahiyyətinə aid məsələdir. Mən işsizəm deyə, hakimiyyətdən narazı deyiləm”.
Əli Nağıyev YAP-ın qurultayında partiya rəhbərliyinə və seçkili orqanlara düşməməsi məsələsində də toxunub: “Görünür, məsləhət belədir. Amma yenə də təkrar edirəm ki, bu kimi hallar məni hakimiyyətdən narazı salmır”.






























































































