Surət Hüseynovdan Azərbaycanı tərk etmək tələb olundu - ÖZƏL

Hazırda oxunan: Surət Hüseynovdan Azərbaycanı tərk etmək tələb olundu - ÖZƏL

30904

Azərbaycanın sabiq baş naziri Surət Hüseynovdan  Azərbaycanı uzun müddətli tərk etmək tələb olunub.

Bu barədə Moderator.az-a Surət Hüseynovun  yaxınları məlumat verib. Məlumatda bildirilir ki, həm Rusiya, həm də Gəncə şəhərində yaşayan Surət Hüseynov son zamanlar ciddi təqib və təzyiqlərə məruz qalır. 

Xəbərdə bildirilir ki, Surət Hüseynovdan seçkilər bitənədək ölkəyə gəlməməsi ilə bağlı ismaric göndərilib. Ancaq Surət Hüseynovun bu tələbə reaksiyası sərt olub. İstədiyi zaman xaricə gedəcəyini və istədiyi zaman da  öz ölkəsinə gələcəyini bəyan edib.

Qeyd edək ki, hələ bir neçə ay əvvəl Surət Hüseynovun oğlu ictimai yerdə xuliqanlıqda ittiham olunaraq, bir neçə sutka həbs olunmuşdu. Həmin zaman Surət Hüseynov bunu ona qarşı siyasi təzyiqin tərkib hissəsi kimi dəyərləndirmişdi. Sabiq baş nazir bildirmişdi ki, bu olay onun ölkədən getməsi üçündür.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin