Türkiyədəki yanğınların icraçısı bəllidir, bəs sifarişçi kimdir? – Fikrət Sadıxovdan İLK İKİ EHTİMAL

Hazırda oxunan: Türkiyədəki yanğınların icraçısı bəllidir, bəs sifarişçi kimdir? – Fikrət Sadıxovdan İLK İKİ EHTİMAL

30836

“Türkiyənin siyasi kursu heç kəsdən asılı olmayan, müstəqil, özünə güvənən, öz maraqlarını müdafiə edən siyasi kursdur. Bu isə bir çoxlarını narahat edir və qıcıqlandırır. Görünür, bu qüvvələr bomba əvəzinə, top yerinə kibrit, alışqanlardan istifadə edirlər ki, Türkiyədə qarışqılıq yaransın, stabillik pozulsun”.

Bu sözləri “Türkiyədəki yanğınların icraçısı bəllidir, bəs sifarişçi kimdir” mövzusunda Bizim.Media ilə dialoqa girən politoloq Fikrət Sadıxov açıqladı.
 

MÖVZU İLƏ BAĞLI:

“Türkiyədə yanğınları biz törətmişik” - PKK-ya bağlı olan terror təşkilatı


Onun fikrincə, məqsəd Türkiyəni zəiflətməkdir:

“Türkiyənin müstəqil siyasətindən narahat qüvvələrin hansı güclər olduğunu demək çətindir, amma hər halda həm Avropada, həm də Rusiyanın özündə islamafob qüvvələr kifayət qədər çoxdur. Terror aktının arxasında konkret olaraq hansı qüvvənin dayandığını demək isə qəlizdir. Çünki istintaq getməlidir və nəticədə, bu məlum olacaq. Reallıq isə odur ki, Türkiyə bu məsələdə israrlı olmalıdır və təhlükələri aradan götürmək üçün bütün qüvvələri səfərbər etməlidir”.

Anar Rəhimiov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin