Zərdüşt Əlizadədən Etibar Məmmədova şok ittiham

Hazırda oxunan: Zərdüşt Əlizadədən Etibar Məmmədova şok ittiham

30682

AMİP lideri Etibar Məmmədov “Bizim yol” qəzetinə müsahibəsində onu 1998-ci il seçkilərində iştirak etməkdə ittiham edən politoloq Zərdüşt Əlizadə ilə bağlı maraqlı fikirlər səsləndirib. E.Məmmədovun sözlərinə görə, bu seçkilərdə ona vəkilliyi Z.Əlizadənin özü edib və bu mənada məlum ittiham eyni zamanda politoloqun özünə aiddir. 

Bununla bağlı Moderator.az saytının sualını cavablandıran Z.Əlizadə əsl həqiqətin E.Məmmədovun dediyindən kifayət qədər fərqli olduğunu bildirdi: “E.Məmmədov mənim adımı öz vəkilləri siyahısına məndən xəbərsiz daxil edib. Mənim bu barədə məlumatım olmadan bu siyahını Ali Seçki Komissiyasına təqdim edib. Mənim bununla bağlı informasiyam olmayıb. Buna görə də bu gün E.Məmmədovun məni bu məsələdə ittiham etməsi yersizdir”.

 

Seymur Əliyev

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin