Sergey Narışkin: “Qərb Qarabağda sülhü pozmaq istəyir”

Hazırda oxunan: Sergey Narışkin: “Qərb Qarabağda sülhü pozmaq istəyir”

3049

"Əldə etdiyimiz məlumata görə, bəzi Qərb ölkələri qara qüvvələr vasitəsilə erməni və azərbaycanlı millətçilərini atəşkəs müqaviləsini pozmağa təhrik edirlər''.

''Onlar erməniləri Dağlıq Qarabağdakı sülhün İrəvanın məğlubiyyəti olduğuna, azərbaycanlılara isə Rusiyanın Azərbaycan ordusunun Xankəndini götürməsinin bir addımlığında olanda “qələbələrini oğurladığına” inandırmağa çalışırlar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya və Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin deyib. 

Onun sözlərinə görə, ABŞ və Avropa ölkələri Qarabağ konfliktinin Rusiya tərəfindən həll olunmasına görə çox narazıdırlar.

“ABŞ və müttəfiqləri müharibənin Moskvanın vasitəçiliyi ilə dayandırılmasına narahatdırlar''.

''Axı bu, əslində, onların əsas işinə - Rusiyanı Zaqafqaziyadan qovmaq planlarını alt-üst etdi", - deyə, o, qeyd edib. 

Narışkinin sözlərinə görə, bu cür hərəkətlər ABŞ və onun avropalı dostlarının problemlərini bu daha sadə insanların - azərbaycanlıların və ermənilərin maraqları hesabına həll etdiklərini göstərir.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin