Ermənilər Monitorinq Mərkəzinin PUA-sını vurublar? – “Ola bilər...”

Hazırda oxunan: Ermənilər Monitorinq Mərkəzinin PUA-sını vurublar? – “Ola bilər...”

30485

Erməni tərəfi iddia edir ki, Azərbaycanın pilotsuz uçuş aparatını vurub. Rəsmi Bakı isə bu informasiyanı təkzib edib. Əlbəttə İrəvan dezinformasiya, feyk xəbərlər sarıdan təcrübəlidir deyə bunu onların növbəti təxribatı adlandırırlar. Bəs ola bilərmi ki, ermənilər Ağdamdakı Birgə Monitorinq Mərkəzinin PUA-sını vurublar?

“Ola bilər. Hazırda müharibə getmir, dronlar heç bir hərbi tapşırığı həyata keçirmirlər. Siz demişkən, ola bilər ki, bu, müşahidə dronudur” deyən politoloq Zərdüşt Əlizadə cavabına maraqlı açıqlamalarla davam etdi.
 

MÖVZU İLƏ BAĞLI:

Növbəti müharibə ANONSU: “Rusiya göz yumacaq və Ermənistan...” – Politolqodan AÇIQLAMA


Bizim.Media ilə söhbətdə politoloq müxtəlif ehtimallara da aydınlıq gətirdi və olayın məğzini açdı:

“Bu ola bilər Azərbaycan dronudur, amma onun vurulmasının maddi ziyandan başqa heç bir əhəmiyyəti yoxdur. Bu hərbi qələbə də deyil ki, ermənilər deyə, “ura-ura Azərbaycan dronu vuruldu”. Belə bir şey yoxdur. Vurublarsa, dronun qiyməti nə qədərdirsə, o qədər də ziyan dəyib. Bundan isə Azərbaycan nə kasıblayacaq, nə də varlanacaq. Müşahidə dronunu vurublarsa, böyük bir itki yoxdur. Bir dron əlavə edərlər, vəssalam”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin