Növbəti müharibə ANONSU: “Rusiya göz yumacaq və Ermənistan...” – Politoloqdan AÇIQLAMA

Hazırda oxunan: Növbəti müharibə ANONSU: “Rusiya göz yumacaq və Ermənistan...” – Politoloqdan AÇIQLAMA

30461

“Sərhəddəki təxribatlarda Rusiyanın maralarına zidd olan bir bənd var. Bu da Zəngəzur dəhlizinin reallaşmasının gecikməsidir. Sözsüz ki, bu məsələdə Rusiya ilə Ermənistanın maraqları üst-üstə düşmür. Digər sülh sazişinin imzalanması və.s məsələlər Rusiyanın elə də narahat etmir”.

Bu sözləri Azərbaycanlı jurnalist və politoloq Anar Həsənov Bizim.Media-ya Azərbaycan-Ermənistan sərhəddində yaşanan son gərginliklə bağlı danışarkən deyib.

O, bildirib ki, Qarabağ məsələsi Rusiya cəmiyyəti və ya seçicisi üçün pəncərədən görünən müharibə deyil. 

“Bu rus əsgərinin vuruşmadığı və rus insanının zərər görmədiyi bir müharibədir. Ona görə də regionda ermənilər ilə azərbyacanlılar arasında firavanlığın olub-olmaması onlar üçün maraqsızdır. Moskva Zəngəzur dəhlizindən başqa ermənilərin təxribatı kimi məsələlərdən elə də narahatçılıq keçirmir”.

Politoloq hazırkı durumda Ermənistanın özü üçün vacib saydığı məqsədlərindən də söz açıb: 

“Ermənistan istəyir ki, Azərbaycanla sərhəd xəttinə Rusiya hərbi kontingentini yerləşdirsinlər. Bu alınmasa belə Avropa və ABŞ-ın diqqətini bu məsələyə cəlb etsin və məsələ həllini tapmasın. Ermənistan ümumiyyətlə bu məsələnin həllini istəmir. Hazırda Ermənistan Azərbaycanı ərazilərinə təcavüzdə günahlandıraraq vaxt uzatmağa çalışır və bu fikri bütün dünyaya sırımaq istəyir. Hələlik Rusiya ilə münasibətdə bu alınmır”.

Sonda Anar Həsənov Ermənistanın bu cür hərəkətlərinin davam etdiyi təqdirdə Rusiyanın atacağı addımlarından da danışıb.

“Rusiyanın milli marağında olan Zəngəzur dəhlizinin gecikməsi onun Ermənistana qarşı qıcığına səbəb olur. Bu da Ermənistanın işğal etdiyi Naxçıvanın Kərki və Qazax rayonunun yeddi kəndini silah gücü ilə Azərbaycanın azad etməsinə və Rusiyanın da buna göz yummasına gətirib çıxara bilər. Bu zaman dünya ictimaiyyəti də Azərbaycanın ərazi bütövlüyünü həmin o kəndlər də daxil olmaqla tanıdığı üçün heç bir səs çıxara bilməz. Beləliklə də Azərbaycan Ermənistanın ərazi bütövlüyü pozmur. Bax bu cür metodlarla Ermənistan yenidən sülh müqaviləsinin bağlanmasına təhrik edilə və Zəngəzur dəhlizinin reallaşmasında boynuna düşən öhdəliyi yerinə yetirməsinə məcbur edilə bilər”.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin