"Azərbaycan İnvestisiya Şirkəti" İsrailin "OurCrowd" şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov öz “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, memorandum əsasında startap layihələrinə sərmayə yatırımları və İsrailin aparıcı şirkətlərinin qabaqcıl təcrübələrinin ölkəyə transferi həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti ASC (AİŞ) Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb.
AİŞ-in bütün payları Azərbaycan Respublikası dövlətinə məxsusdur. Şirkət İqtisadiyyat nazirinin sədrliyi ilə Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in başlıca iqtisadi məqsədi Azərbaycan Respublikasının qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır.
Bizim.Media
The new area of cooperation will contribute to the establishment of an #innovative ecosystem in our country.#Economy #EconomyAz pic.twitter.com/vsXTCtMDGp
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 29, 2021