Məşhur bloger: ''Mən Putinin çıxışından nə anladım''

Hazırda oxunan: Məşhur bloger: ''Mən Putinin çıxışından nə anladım''

3037

Məşhur bloqer Murad Rzayev Rusiya prezidenti Vladimir Putinin “Rossiya 24” telekanalına verdiyi müsahibəsini şərh edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində maraqlı post paylaşaraq, məsələyə aydınlıq gətirib:

“Mən Putinin çıxışından nə anladım:

Paşinyan, oktyabrın ikinci yarısında, Hadrutu təmamən itirdikdən və aktiv hücumumuzun davam etməsindən sonra, Madrid Prinsiplərini yerinə yetirməyə hazır idi. Bir şərtlə - azərbaycanlı qaçqınlar qaytarılmasın.

Bunu böyük bir təhlükə və təhdid olaraq gördü.

Yerevanda Qarabağa qaçqınların yerinə silahlıların yerləşdiriləcəyi düşünüldü.
İlham Əliyevin qaçqınlarla bağlı mövqeyi isə qəti idi. Bu vəziyyətdə Paşinyan danışıqları dayandırmağa və mübarizəyə, döyüşə davam etməyə qərar verdi.

O, qaçqınların qaytarılması ilə razılaşsaydı, müharibə oktyabrın sonunda dayandırılacaqdı və bu Madrid Prinsiplərinə əsasən olacaqdı. Ermənistan aşağıda sadalananları əldə etmiş olurdu.

Bu Qarabağla bağlı onların xeyrinə status-kvo (Şuşa və Hadrut daxil olmaqla) və Dağlıq Qarabağın son hüquqi statusunun gələcəkdə referendum əsasında müəyyən edilməsi demək idi.

Hazırda biz status-kvonu dəyişmişik və Qarabağın gələcək referendumu və onun statusunu təyin etməsi artıq müzakirə mövzusu ola bilməz.

Üstəlik Şuşa və Hadrut da bizdədir.

Prezidentin xalqa müraciətində Qarabagin statutusu "gorbagor oldu" qeyd edərkən bunu nəzərdə tuturdu.

Əlavə olaraq Azərbaycan Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikasına yol çəkəcək və bu bütöv Azərbaycanın Türkiyə ilə sərhədinin olacağı deməkdir.

Madrid Prinsiplərində belə bir bənd yox idi. Üstəlik Şuşa və Hadrut da bizdədir.

Nəticədə Paşinyan qaçqınların qaytarılmasına razı olsaydı, nəyi əldə edərdi:

1. Rəsmi status-kvo, Şuşa və Hadrut da daxil olmaqla DQ-ın gələcək statusu ilə bağlı referenduma razılıq imzamızı

Mümkün olmayacaqdı:

2. Naxçıvanı Azərbaycanla birləşdirən quru dəhliz mümkün olmayacaqdı.

3. Qarabağ ərazisindəki türk sülhməramlılarının yerləşdirilməsi mümkün olmazdı, çünki əvvəllər belə bir müzakirə predmeti olmayıb.

4. Yüzlərlə gəncin həyatının xilası. Son onilliklərin demoqrafik problemi kontekstində bu həm milli, həm də qlobal-etnik nisbətdə bir fəlakətdir.

Görünən, Azərbaycan vəziyyətdən maksimum uğurla çıxıb. Nəzərə alsaq ki, torpaqlarımızı heç vaxt sülh danışıqları ilə qaytara bilməyəcəkdik...

Və Valentin Kim İlham Əliyevin sazişin imzalanması zamanı yaşadığı emosiyaları dəqiqliklə izah edir. 

Qələbəmiz mübarəkdir!

Və bonus olaraq:

Putin imzalanan müqavilədən imtina Ermənistan üçün intihar olacağını qeyd etdi.

Beləliklə, Ermənistanın ehtimal olunan yeni hökuməti sazişin şərtlərinə riayət etməmək məsələsi bağlı hesab edilə bilər.

Vüsalə Balayeva, Bizim.media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin