“Bakı Bəyannaməsi” sivilizasiyalara hansı mesajlar ötürdü? - ƏTRAFLI

Hazırda oxunan: “Bakı Bəyannaməsi” sivilizasiyalara hansı mesajlar ötürdü? - ƏTRAFLI

30259

İyulun 27-də Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri “Bakı Bəyannaməsi” imzaladılar.İlk baxışdan adi Bəyannamə təəssüratı yaratsa da bu sənədin çox böyük siyasi, iqtisadi,sosial, hüquqi və mədəni əhəmiyyət var.Fikrimin sübutu üçün Bəyannamənin adından başlayaq.

Niyə məhz “Bakı Bəyannaməsi”?

Əslində bu Bəyannamə ən azı 29 il gecikib. Gecikməsinin tək səbəbi isə Azərbaycanın ərazi bütövlüyünə vurulan zərbə idi. 1991-ci ilin 18 oktyabrından sonra dünya dövlətləri arasında birinci qardaş Türkiyə, ikinci isə dost Pakistan Azərbaycanı müstəqil və suveren dövlət kimi tanıdı. Lakin rusların əli ilə ermənilər Qarabağ və ətraf əraziləri işğal etməsi qardaş və dost ölkələri Azərbaycanla bağlı daha ciddi və radikal addımlar atmaqdan çəkindirdi. Çünki, güc dövlətlər tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması kimi xain plan Azərbaycanın başı üzərində Demokl qılıncı idi.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü olacaq - Mühüm İMZALAMA


Nəhayət 10 noyabr 2020-ci ildə Azərbaycan hər iki dost və qardaş ölkələrin dəstəyi ilə öz ərazi bütövlüyünü təmin etdi.

Və artıq Azərbaycan üçün heç bir təhlükə qalmamışdı. Ona görə 30 il qəlblərdə bəslənən, beyinlərdə dolaşan Azərbaycan-Türkiyə-Pakistan birliyi ideyasının icrasına başlanıldı. Və “Bakı Bəyannaməsi” bu istiqamətdə ilk hüquqi addım oldu. Sənədin Bakıda imzalanması da təsadüfi deyildi. Müsəlman dünyasının iki ən qüdrətli dövlətinin Bakıda belə bir Bəyannaməni imzalamaqla bədnam qonşularımıza və beynəlxalq güclərə vacib mesajlar verdi.

Bu mesajlar hansılardır?

Birincisi, Azərbaycan artıq tək deyil və NATO-nun ikinci ən böyük ordusuna malik Türkiyə və dünyada nüvə silahına malik tək islam ölkəsi - Pakistan Azərbaycanın yanındadır.

İkincisi, bu hüquqi sənəd regionda yeni güc mərkəzinin yarandığına bir işarədir. Bu güc mərkəzi yaxın 10 ildə nəinki regionda, eləcə də dünyada baş verəcək siyasi proseslərə təsir etmək imkanına malik olacaq.

Üçüncüsü, bu bəyannamə nəinki, dünayaya yeni mesajlar verdi, eləcə də türk dünyasına və islam aləminə yeni çağırışlar ötürdü.

Bəs “Bakı Bəyannaməsində yeni və diqqət çəkən məqamlar hansılardır?

Birincisi, İslam dünyansının həmrəylik nüvəsi olacaq Azərbaycan-Türkiyə- Pakistan birliyinin yaradılması ideyası.

İkincisi, Böyük Turan Dövlətləri Birliyinin təməl prinsipləri bu sənəddə öz əksini tapdı. Yəni ki, qardaşlıq, tarix və mədəni əlaqələr, qarşılıqlı hörmət və əməkdaşlığı gücləndirməyin lazımlılığını qəbul etmək.

Üçüncüsü, bölgə və beynəlxalq parlament platformalarında islamafobiya, ayrı-seçkilik və müsəlman azlıqlara yönəlik təzyiqlərə qarşı mübarizə məsələsində ortaq səyləri koordinasiya etmək. Bax, bu indiyədək ortaya atılan ilk və çox ciddi məqsəddir. Çünki, tarix boyu islam həmrəyliyinə heç vaxt belə ciddi təşəbbüs olmayıb. İslam aləmi bir növ Vatikan tərəfindən idarə olunub. İndi isə artıq islamın birlik platformasının yaradılmasından söhbət açılır.

Dördüncüsü, qadın parlamentarilərin qərar qəbul etmə prosesindəki rol və məsuliyyətlərinin artırılmasına yönəlik səyləri və atılan addımları dəstəkləmək.

Nəzərə alaq ki, bu gün ABŞ və Qərb müsəlman aləmin üstünə gender bərabərliyi və qadanın azadlıqları ilə gəliblər.

Halbuki, bəşəriyyətdə qadınlara seçmək və seçilmək hüquqi verən ilk ölkə Yeni Zellandiya, ikinci dövlət isə AXC olub. Hətta Böyük Britaniya və ABŞ bu məsələdə Azərbaycandan çox geri qalır. Ona görə də tarixi həqiqətlərə və ənənələrə söykənərək Azərbaycan-Türkiyə- Pakistan Qərbin üstünə getməyi hədəfləyir. Yəni ki, sahib olduqlarımızı dünyaya göstərməklə həqiqətin və ədalətin harada olduğunu sivilizasiyaya göstərməyin zamanıdır.

Yəqin ki, yaxın aylarda Azərbaycan-Türkiyə- Pakistan liderlərinin zirvə görüşü olacaq. O zaman “Bakı Bəyannəmasi”ndəki fikirlər daha konseptual, daha rasional şəkildə ortada olacaq. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin