Erməni mətbuatı yazır ki, Azərbaycanla Ermənistan arasında müharibə gözlənilməsə də, lokal döyüşlər olacaq. Son günlər sərhıəd bölgəsindəki gərginlik də yazılanları təsdiq edir. Bəs, ermənilərin Kəlbəcəri vaxtaşırı atəşə tutmasının altında hansı siyasi nüanslar gizlənir? Bakının cavabı nə olacaq?
“Dövlət sərhədində Ermənistanın təxribatlara əl atması, postlarımızı atəşə tutması göstərir ki, İrəvan 10 noyabr və 11 yanvar razılaşmalarından yayınır və konkret olaraq öz şərtlərini masaya gətirmək istəyir” deyən politoloq Məhəmməd Əsədullazadə ermənilərin əsas məqsədi ATƏT-in Minsk Qrupunu yenidən həmin danışıqlar stoluna iştirakçı kimi qaytarmaqdır.
Bizim.Media ilə müzakirələrin davamında politoloq bidirdi ki, İrəvan Qarabağın “status”unu da danışıqlar predmeti etmək niyyətindədir.
MÖVZU İLƏ BAĞLI:
"Laçın dəhlizində postumuz qurulacaq..." – Bakı sentyabrın 27-si üçün nə planlaşdırır?
ABŞ və Avropa İttifaqının prosesə cəlb olunmasına cəhd isə demarkasiya və delimitasiya prosesindən yayınmağa xidmət edir:
“Ona görə də, Ermənistan qəti şəkildə sülhə razı deyil, xüsusilə Zəngəzur dəhlizinin açılmasına da müqavimət göstərir və bu işlərin arxasında Fransa durur. Qərb konkret olaraq Ermənistanda Rusiya ilə mövqe savaşı, siyasi maraq toqquşmasını davam etdirirlər. Çalışırlar ki, Ermənistandakı Rusiya pozisiyalarını ciddi şəkildə zəiflətsinlər, Cənubi Qafqazda Kremlin artan rolunu mümkün qədər neytrallaşdırsınlar.
Görünür, Paşinyan da qərbin ayırdığı vəsait və şirinikləşdirici təklifləri fonunda ABŞ və Avropanın alətinə çevrilib. Ona görə də sərhəddə bu cür lokal döyüşləri davam etdirməyə maraqlıdır. Nəticədə prosesə ATƏT-in Minsk Qrupu, Avropa ittifaqı və ABŞ-ı cəlb etmək istəyirlər. ABŞ-ın Ermənistandakı səfirinin də Kəlbəcər istiqamətində səfəri sülh prosesinin dalana dirənməsinə hesablanıb. Amma baş verənlər Ermənistanın öz əleyhinə işləyəcək, Azərbaycan tərəfi konkret olaraq İrəvanı sülhə cəlb etmək üçün hərbi əməliyyatlara başlamalıdır.
Azərbaycan Zəngəzur istiqamıtində Ermənistana ciddi zərbə vurmalıdır. Bununla da Fransa və ABŞ-ın planlarını fiaskoya uğratmalıdır.
Moskvada əldə olunan atəşkəslər manipulyasiya xarakteri daşıyır və Ermənistan tərəfindən dəfələrlə pozuculuq hərəkətlərinin şahidi olacağıq”.
Anar Rəhimov, Bizim.Media