"Laçın dəhlizində postumuz qurulacaq..." – Bakı sentyabrın 27-si üçün nə planlaşdırır?

Hazırda oxunan: "Laçın dəhlizində postumuz qurulacaq..." – Bakı sentyabrın 27-si üçün nə planlaşdırır?

30217

Rus bloger Laçın dəhlizi vasitəsilə Qarabağa gəlib. Mina daşıyan zəvvarlardan, kameralı blogerlərəcən bütün ermənipərəstlər koridordan istifadə edir. Sülhməramlılar nə ilə məşğuldur? XİN-dən hər hansı xəbərdarlıq ola bilərmi, yoxsa rusların həmin ərazidə hərəkəti razılaşdırılıb?

"Laçın dəhlizi məsələsi hələlik bir qədər sonraya saxlanılıb. Moskva görüşündə danışıqların əsas predmeti Azərbaycan və Ermənistan sərhədindəki mümkün müəyyənləşmə prosesi - demarkasiya və delimitasiya məsələləri, Azərbaycanın Zəngəzur istiqamətində ata biləcəyi mümkün addımlar və eyni zamanda bütün nəqliyyat yollarının açılması olub".
 

MÖVZU İLƏ BAĞLI:

“Kəlbəcər istiqamətində gərginlik davam edir” – Müdafiə Nazirliyindən son AÇIQLAMA


Bizim.Media sualının cavabına belə başlayan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Laçın dəhlizində baş verənlərə də toxunub:

"O ki qaldı Laçın dəhlizi vasitəsilə Qarabağın dağlıq hissəsinə rus sülhməramlıların nəzarəti altında müxtəlif, həm hərbi avtomobillərin, həm bəzi jurnalist və siyasətçilərin getməsinə bu, bir qədər sonra müzakirə ediləcək məsələdir. Təbii ki, Azərbaycanın bir qədər sonra əsas hədəflərindən biri Laçın dəhlizinə rusların təkbaşına nəzarət etməsinə imkan verməmək, orada bizim də postumuzun qurulması olacaq".

Zaur Məmmədovun sözlərinə görə Bakı və Moskva arasında müzakirə olunacaq çox məsələ var:

"Onlardan biri Laçın dəhlizi, digəri isə sülhməramlıların nəzarətində olan Azərbaycan torpaqlarıdır ki, orada kompakt halda ermənilər yaşamaqdadırlar. Xankəndi və ətraf rayonlarla bağlı Azərbaycan və Rusiya arasında dialoq bir neçə ildən sonra başlayacaq. Hələlik isə Azərbaycan Ermənistan ilə arasında olan müəyyən məsələlərin həllinə çalışır. İndiki məqamda Bakının əsas hədəfi sərhədlərin toxunulmazlığı və İrəvanın Azərbaycan sərhədlərini tanıması məsələsidir".

Bakı Politoloqlar Klubunun sədri onu da vurğuladı ki, əgər yaxın zamanda Ermənistan Azərbaycan sərhədlərini tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Yəni, Bakı erməniləri indiki Ermənistan ərazisindən çıxarmaqla tarixi Azərbaycan torpaqlarına iddiasını rəsmiləşdirəcək. 

Elə Zaur Məmmədovun da dediyi kimi, əgər Ermənistan 1918-ci ildə 9 min kv.km ərazidə yaradılıbsa, nə üçün hazırkı ərazisi 29 min kv.km-dir?

Çünki bu əlavə 20 min kv.km-i ermənilərə SSRİ verib və Azərbaycan bu torpaqları geri qaytara bilər. Sadəcə bu, zamanın işidir. 

Qarşıdan isə 44 günlük müharibənin başladığı 27 sentyabr gəlir. Bir ilin tamamında görülən işlərin, qazanılan zəfərin hesabatını da verəcəyik, sonra yeni planlarımız da olacaq.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin