“Naxçıvanda vətəndaşların hüquqları yüksək səviyyədə qorunur. Muxtar Respublikada qanunun aliliyi hər zaman təmin olunub. Naxçıvanda yaşamayan adamların, bu bölgə barədə fikir söyləməsi yersizdir”.
Bu sözləri Moderator.az-a açıqlamasında Naxçıvandan seçilən millət vəkili Siyavuş Novruzov əslən Muxtar Respublikadan olan bir qrup ziyalının oradakı durumu tənqid etməsinə münasibətində söyləyib. Onun sözlərinə görə, Naçıvandan danışan adamlar uzun illərdir ki, Muxtar Respublika ilə əlaqələrini kəsiblər: “Bakıda oturub, Naxçıvandakı vəziyyət barədə danışırlar. Naxçıvanda insan hüquqları qorunur və buna təminat var”.
































































































