ABŞ-Azərbaycan əlaqələrinin inkişafı məsələsi müzakirə edildi - FOTO

Hazırda oxunan: ABŞ-Azərbaycan əlaqələrinin inkişafı məsələsi müzakirə edildi - FOTO

30165

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Stitin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Nazir Azərbaycanın ABŞ arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs edib. ABŞ-ın bu günədək Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu başlıca layihələri, o cümlədən enerji layihələrini dəstəklədiyini qeyd edən C.Bayramov, ölkəmizin sülhməramlı əməliyyatlarda iştirakı, tərəflər arasında sərhəd təhlükəsizliyi, humanitar sahələrdə və s. əməkdaşlıq barədə məmnunluqla danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ rəsmisi Azərbaycana təşəkkür etdi - Vaşinqtonda RESPUBLİKA GÜNÜ - FOTOLAR


Oklahoma qubernatoru Kevin Stit Azərbaycana səfərindən məmnunluq ifadə edib. O, Azərbaycan Respublikası Prezidenti ilə çox yaxşı görüşün keçirildiyini qeyd edib.

Səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı, bölgələrə də getmək fürsətinin olacağını bildirən qubernator Kevin Stit, habelə konkret sahələrdə əməkdaşlıq, investisiya perspektivlərini də nəzərdən keçirmək imkanını qeyd edib.

C.Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tarixi, beynəlxalq ictimaiyyətin bu xüsusda mövqeyi, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

Qarşı tərəfə, həmçinin bölgədə mövcud olan yeni reallıqlar şəraitində Azərbaycan və ABŞ arasında o cümlədən, kənd təsərrüfatı, mədən sənayesi, turizm, alternativ enerji və s. sahələrdə əməkdaşlıq imkanları barədə məlumat təqdim edilib.

Görüşdə habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin