Azərbaycan-Serbiya biznes forumu keçirildi

Hazırda oxunan: Azərbaycan-Serbiya biznes forumu keçirildi

30126

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Serbiya biznes forumu keçirilib. 

Bizim.Media xəbər verir ki, iki ölkə rəsmilərinin də qatıldığı forumda Azərbaycan və Serbiyanın iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətləri iştirak edib. 

Əvvəlcə Azərbaycanda qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən ardıcıl və məqsədyönlü işlər, əldə olunan uğurlu nəticələr barədə məlumat verilib. 

Serbiyanın Ticarət və Sənaye Palatası Prezidentinin müşaviri Srdjan Popovic ölkəsinin Azərbaycanla münasibətlərinin inkişafından bəhs edib.

Bu pozitiv dinamika ilə paralel olaraq iki ölkənin iş adamları arasında əlaqələrin də genişlənməkdə olduğunu diqqətə çatdırıb. 

Biznes forumda Azərbaycan tərəfindən Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonasına dair ətraflı təqdimatla çıxış edərək, bu zonanın investorlar üçün mühüm əhəmiyyətini diqqətə çatdırıb. Eləcə də Serbiyalı iş adamları təqdimatlar ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin