“Ermənistan üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinin hamısını yerinə yetirməlidir. İlk növbədə söhbət Zəngəzur dəhlizi ilə digər kommunikasiyaların açılması barədə olan bəndlər və indiyə qədər Ermənistanın nəzarətində olan Azərbaycanın bir neçə kəndinin də qaytarılmasından gedir. Qazaxın 7 və Naxçıvanın Kərki kəndi geri qaytarılmalıdır”.
Bu sözləri Bizim.Media-ya özəl açıqlamasında millət vəkili Asim Mollazadə səsləndirdi.
MÖVZU İLƏ BAĞLI:
Hamının gözlədiyi XƏBƏR: Paşinyan sülh sazişinə imza atacaq – Erməni mətbuatı yazır
Bundan başqa...
“Azərbaycan Ermənistandan ilk növbədə onu gözləyir ki, Ermənistan hansısa revanş, yenidən müharibəni başlamaq, Azərbaycana ərazi iddiaları ilə çıxış eləmək fikirlərinə son qoysun. İstənilən sazişdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”.
Deputatın sözlərinə görə, Bakını əsas hədəflərindən biri bölgədə sülh və əmin-amanlığa nail olmaqdır:
“Bakı İrəvana elə bir yol xəritəsi təqdim edir ki, Ermənistan da regionda gedən proseslərdə, əməkdaşlıqda iştirakçı ola bilər, normal bir dövlətə çevrilər. Bunun üçün də Ermənistan bütün qonşu ölkələrə qarşı öz ərazi iddialarına son qoyaraq əməkdaşlıq və tərəfdaşlıq istiqamətində ciddi addımlar atmalıdır. Ermənistanın bunun üçün şansı yaranıb və bu fürsəti onlara Azərbaycan verir. Mənə elə gəlir ki, Ermənistan bu şansdan mütləq istifadə etməlidir. Əks halda, yenidən hansısa hərbi əməliyyatlar başlamaq fikirləri olarsa, Ermənistanın taleyi faciəvi olacaq və bu ölkənin bizim bölgəəki mövcudluğu sual doğuracaq”
Anar Rəhimov, Bizim.Media