Zərdüşt Əlizadə: “İqtidarın ağlı olsa..."

Hazırda oxunan: Zərdüşt Əlizadə: “İqtidarın ağlı olsa..."

29840

Azərbaycan hakimiyyətinin Rusiya əleyhinə fəaliyyəti siyasi ekspertlər tərəfindən böyük narahatlıqla qarşılanır. Bu baxımdan

Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun “Azadlıq” qəzetinin bugünkü sayında dərc olunan müsahibəsindəki fikirləri də maraq doğurur:

“Rusiyaya qarşı mənasız təbliğatı dayandırmaq lazımdır. Əks halda bunun nəticəsi yaxşı olmayacaq”.

Rusiya-Azərbaycan münasibətlərinin mümkün inkişaf perspektivləri ilə bağlı politoloq Zərdüşt Əlizadənin fikirlərini öyrəndik. O, Moderator.az-a açıqlamasında Azərbaycanın hər zaman Rusiya ilə dərin siyasi, iqtisadi əlaqələrinin olduğuna diqqət çəkərək son proseslərin ağrılı nəticələr verə biləcəyini deyib:

“Bilirik ki, Azərbaycan hakimiyyəti Rusiyanın layihəsidir. Amma son zamanlar Azərbaycan hakimiyyəti ilə Rusiya arasındakı münasibətlərin gərginləşdiyi müşahidə olunur. İqtidarın ağlı olsa, Rusiya ilə normal münasibətlər qurar. Hesab edirəm ki, Azərbaycanda Rusiyaya qarşı olan mənfi münasibət doğru deyil”.


Xəyal Əzizov


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin